
Şəkidə 57 yaşlı kişi yanıq xəsarətləri alıb.
Şəki rayon Baş Kəldək kənd sakini 1967-ci il təvəllüdlü Mais Qinyət oğlu Nəbiyev ağır dərəcəli yanıq xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub.
Reanimasiya şöbəsinə yerləşdirilən kişinin müalicəsi xəstəxanada davam etdirilir.