Bu gün Şəkidə ağır qəza baş verib.

Hadisə Şəki-Oğuz yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobili toqquşub, nəticədə dörd nəfər ağır bədən xəsarətləri alaraq Şəki Rayon Mərkəzi xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Mübariz Muradov



İstinadlar Qafqazinfo