Şəhriyar Məmmədyarov: ”Bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı?”

Beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarov indiki durumundan, xüsusən dəstək almamasından narazılığını ifadə edib.

O, bu barədə sosial şəbəkədə yazıb ki, Karlsenlə 5 saatlıq oyun ağır və çətin mübarizə şəraitində keçib.
Hazırda Ş.Məmmədyarov kommersiya seriyalı Sent-Luisdə «Grand Chess Tour» turnirinin dördüncü hissəsi sayılan Sinkfild Kubokunda iştirak edir və səkkiz turdan sonra Aronyan, Karlsen və Qrişukla birlikdə 4,5 toplayaraq 2-5 yerləri bölüşdürür.

Karlsenlə oyuna gəldikdə isə, Ş.Məmmədyarov qeyd edib ki, debütdən böyük üstünlüyü var idi, sonra bir az pis vəziyyət aldı və rəqib 5 saat udmağa çalışdı. Nəticədə oyun heç-heçə bitib.

“Bir səbəbə görə, qərara gədim 40-45 günlük turnirlərə son qoyacam, gərək az oynayıb özümdə güc saxlayım. Bu qədər ardıcılıqla oynamaq biabırçılıqdır. Bugün jurnalistlər mənə sual verdilər ki, səni bu qədər oynamağa nə məcbur edir. Utandım cavab verəm ki, pul! Deyə bilmədim ki, mənim kimi peşəkar oyunçunun sponsoru yoxdur. Hətta bütün yarışlara öz hesabımla gəlirəm”.

Oxumağa dəyər:   İnstaqram Ramzan Kadırovu "blok"dan çıxardı

O qeyd edib ki, burdakı yarışlara qatılanların hamısının sponsoru var. amma sabah yenə oyun var, gərək hazırlaşsın.

“Çox heyf, amma şahmat belə məni bezdirir, yorulmuşam! Sabah yenə oynamaq lazımdır! Arada fikirləşirəm ki, bu ölkədə məndən güclü nə qədər idmançı var ki, mənə bir sponsor tapılmadı? Azərbaycana sevgim sonsuzdur, amma heyf mənim gücüm sonsuz deyil. Bir gün mən o Şəhriyar Məmmədyarov olmayacam. O zaman bu söhbətlər sadəcə mənasız olacaq”.