Bu gün Azərbaycan ərazisində Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.

Bununla əlaqədar Bakı vaxtı ilə saat 12:00-da bütün ölkə ərazisində nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılacaq.

Bundan əlavə, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində, Bakıda, digər şəhər və rayonlarda, qəsəbələrdə, kəndlərdə dövlət bayraqları endiriləcək.

 

İstinadlar Qafqazinfo