Bu gün Vətən müharibəsində şəhid olanların xatirəsinə həsr edilmiş xüsusi anım günüdür.

Bununla bağlı Tvitterdə #VictoriousAzerbaijanHeroes həştəqi ilə paylaşımlar edilib. 

Tvitter istifadəçiləri öz ətrafında olan, tanıdıqları şəhidlərimizin şəkilərini, onlar haqqında qısa məlumat paylaşıblar. Hər istifadəçi azı 10 şəhid barədə paylaşım edib. Bundan başqa, hər tvitter istifadəçisi azı 10 şəhid fotosunu bəyənərək retweet edib. Həştəqin trenddə qalması üçün hər istifadəçi vaxtaşırı, bir saatdan bir paylaşım edib.

Bu həştəq saat 12:00-dan sonra dünyada lider olub. Ümumilikdə sözügedən həştəqlə 178 min paylaşım edilib.

İstinadlar Qafqazinfo