Şəhidin yeni doğulan oğluna arzuladığı Ümid adını verdilər – Video

Füzuli uğrunda gedən döyüşlərdə şəhid olan Mahmudov Elçin Cəmil oğlunun ölümündən 101 gün sonra oğlu dünyaya gəlib.
Ikinci oğul övladının adını isə sağ ikən arzuladığı Ümid adı qoyulub.
Ağdam Mərkəzi rayon Xəstəxanasında dünyaya gələn körpəni Rayon rəsmiləri, rayon sakinləri və xəstəxananın həkim və tibb işçiləri alqışlarla evinə yola salıb.
Qeyd edək ki, Elçin Cəmil oğlu Mahmudov 1998-ci il 7-i iyunda dünyaya gəlib. Ağdam rayon Kəngərli kənd sakini olan şəhidimizin valideynləri, o körpə olduğu vaxt valideynləri ayrılıb. Ayrılan valideynlərindən atası 2015-ci ildə, anası isə 2017-ci ildə bu həyatdan köçüb. Həriki valideynini itirən Elçin Hərbi xidmətini başa vurduqdan sona öz dayısı qızı ilə ailə qurub. 1 oğlu dünyaya gəldikdən sonra, yenidə müddətdən artıq hərbi xidmətə başlayıb. BMP –də atıcı olan Elçin Mahmudov Vətən müharibəsi başlayanda Füzuli istiqamətində döyüşlərə qoşulub. Sentyabrın 30 da ailəsinə şəhid xəbəri çatıb.
Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir – VİDEO

Azərbaycanın ərazi bütövlüyü uğrunda Silahlı Qüvvələrimizin bölmələrinin əks-hücum həmlələri ilə başlayan, işğalda olan torpaqlarımızın azad olunması nəticələnən II Qarabağ müharibəsində böyük qəhrəmanlıq göstərən igid oğullarımızdan biri də Murad Əhmədovdur.
“Report”un Yuxarı Şirvan bürosunun əməkdaşları qazinin yaşadığı Kürdəmirin Qağacılı kəndindəki evinə baş çəkib və Vətən müharibəsi könüllüsü Murad Əhmədovla həmsöhbət olublar.
Murad İlqar oğlu Əhmədov 17 noyabr 1998-ci ildə Qağacılı kəndində dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Muradın da müqəddəs hesab etdiyi vətən qarşısındakı borcu – hərbi xidmətə yollanıb. Həqiqi Hərbi Xidmətini başa vurduqdan sonra təxris edilib. Xidməti dövründə nizam-intizamı və vətənpərvərliyi ilə komandir və rəislərinin diqqətini cəlb edən Murad yoldaşları arasında da böyük hörmət qazana bilib.
Murad Əhmədov II Qarabağ müharibəsinin ilk günlərindən könüllü olaraq ön cəbhədə döyüşlərə başlayıb. Ağdam, Füzuli, və Xocavənd istiqamətlərində gedən döyüşlərdə iştirak edən Murad düşmənin xeyli sayda texnikası və canlı qüvvəsini məhv edib. O, Xocavənd istiqamətində gedən ağır döyüşlər zamanı yaralanıb.
Aldığı ağır yara səbəbindən hazırda yeriməkdə çətinlik çəkir. O, yenidən əvvəlki sağlamlığına qovuşmaq və işləyib ailəsinə maddi dəstək olmaq istəyir. Ümid edir ki, aiddiyyatı qurumlar qəhrəman qazimizə də diqqət ayıracaqlar.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
“Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib…” – Video

Sərbəst fəaliyyət göstərən (freelancer) amerikalı jurnalist Patrik Lankaster özünün YouTube kanalında Yerevandan reportajları davam etdirir.
P. Pankasterin növbəti reportajı ötən gün martın 1-də axşam Yerevanda yürüş-mitinq keçirən “Sasna tsrer” millətçi-terrorçu qruplaşmasının üzvləri barədədir. Həmin qruplaşma əslində Nikol Paşinyanın siyasi müttəfiqləridir, amma dünən axşam Yerevanda hakimiyyət və müxalifət tərəfdarlarından ayrıca aksiya təşkil etmişdi.
Patrik Lankaster millətçi marşların sədaları altında yürüş edən “Sasna Tsrer” üzvlərindən birini sorğu-suala tutur:
– Deyin, burada nə baş verir?
– Bilmirəm, bu tədbiri ingiliscə necə adlandırmaq olar. Lakin siz əhəmiyyətini görürsünüz. Biz azadlığımız uğrunda yürüşə çıxmışıq, çünki bizim ölkəni Rusiya işğal edib, bu yaxınlarda isə üstəlik Azərbaycan tərəfindən işğal edilib…
Həmin millətçi erməni əlavə edir ki, Ermənistan 100 ildən artıqdır rus işğalı altındadır. O, Rusiyanı üstəlik “arsaxı Azərbaycana verməkdə” ittiham edir. “Ona görə də bizim etirazımız Rusiya işğalına qarşıdır”,-erməni nasist vurğulayır.
Əlavə edir ki, küçənin o tərəfindəki hər iki mitinq (müxalifət və hökumət tərəfdarlarının mitinqi) Rusiyanın maraqlarını təmsil edir. Onların etirazı isə “erməni xalqının yeganə səsidir”.
– Siz hesab edirsiniz ki, Ermənistan üçün Rusiyasız daha yaxşı olacaq?
– Bəli, Rusiya Ermənistanın düşmənidir və bizim ölkəmizi 1920-ci ildə işğal edib. Biz müstəqil ölkə idik və beynəlxalq ictimaiyyət tərəfindən tanınmışdıq, onlar isə bizi işğal etdilər.
– Axı bir çox ermənilər Rusiyanı sevir?!
– Bəli, çünki onlar işğal altındadırlar. Onlar (ruslar) hər şeyə nəzarət edir, maliyyə işlərinə, orduya. Bir çox razılaşmalar imzalanıb və nəticədə bizim müdafiə sistemimiz çöküb. Bu müharibədə erməni silahları ilə bağlı çoxlu problemlər ortaya çıxdı. Paşinyan dedi ki, bir çox silahlar ümumiyyətlə işləmədi. Cəmi 10 faiz işləyə bildi (Paşinyanın “İsgəndər”lər haqda məlum bəyanatını nəzərdə tutur), bu da onu göstərir ki, Rusiya düşməndir.
Həmin erməni özünü “Sasna Tsrer” qruplaşmasının da daxil olduğu “Milli demokratik ittifaq” adlı hərəkatın üzvü kimi təqdim edir. Bildirir ki, onlar Qaregin Njdenin (erməni faşisti və müasir Ermənistan dövlətinin ideoloji atası) heykəlinin qarşısına toplaşıblar, “Rusiya işğalına son qoyulmasını” tələb edirlər…
Azərbaycanla Türkiyə Qarabağ zəfəri barədə film çəkəcək – Video

Azərbaycan və Türkiyə kino sahəsində əməkdaşlığa hazırlaşır.
Bu barədə Türkiyədə səfərdə olan mədəniyyət naziri Anar Kərimov “TRT Haber”ə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, müharibədə qəhrəmanlıq göstərən əsgərlər barədə film çəkiləcək:
“30 il işğal altında olan torpaqlarımızı azad etdik və savaşda qəhrəman əsgərlərimizin şücaətini daha təsirli səviyyədə göstərmək üçün kinolara ehtiyac var. Bu məqsədlə türk qardaşlarımız və istehsalçı şirkətlər ilə ortaq layihələr həyata keçirməyi çox istəyirik. Türkiyənin bu sahədəki təcrübələrindən Azərbaycan da istifadə edəcək”.
Bundan əlavə, A. Kərimov vurğulayıb ki, işğaldan azad edilən torpaqlarda tarixi abidələrin bərpası prosesi də Türkiyə ilə birgə həyata keçiriləcək.
Oğurluq edərkən kameraya düşdü – VİDEO

Binəqədi rayonunda avtomobillərin maqnitafonlarını və binaların girişlərində saxlanılan velosipedləri oğurlayan şəxslər saxlanılıblar.
Əvvəlcə vətəndaş Məhərrəm Kazımov tutulub. Araşdırma zamanı onun 2 avtomobildən klə yanaşı 3 ədəd velosipedi ələ keçirərək satdığı məlum olub. M.Kazımovun törətdiyi sonuncu velosiped oğurluğu ərazidə olan müşahidə kameraları vasitəsi ilə də lentə alınıb.
Analoji cinayətlər etməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Faiq İsmayılov da saxlanılıb. Onun Binəqədi rayonunda ümumi dəyəri 1800 manat olan 3 ədəd velosiped oğurladığı məlum olub.
Xocavəndin Düdükçü kəndinin görüntüləri – VİDEO

Müdafiə Nazirliyi Xocavənd rayonunun Düdükçü kəndindən videogörüntülər yayıb.
“Report” görüntüləri təqdim edir:
“Şəmkir” SES-in su anbarı qəzalı vəziyyətdən çıxarılır – Video

Azərbaycanın ikinci böyük su elektrik stansiyası olan “Şəmkir” Su Elektrik Stansiyasının su anbarında yaranan təhlükəli problemin aradan qaldırılması istiqamətində “Azərenerji” təxirəsalınmaz işləri davam etdirir.
verilən məlumata görə, 40 il əvvəl tikilən su anbarının daşmaması, yağıntı zamanı yığılan artıq suyun buraxılaraq suyun səviyyəsinin tənzimlənməsi üçün tikilmiş su tullayıçı qurğu 2003-cü ildən bəri qəzalı vəziyyətə düşüb.
Çünki hər biri 160 metr uzunluqda olan üç bloklu yeraltı su tunelinin döşəməsində, tavanında, orta aşırımında, çıxış başlıq hissəsində, istinad divarlarında aşınmalar və çatlar əmələ gəldiyindən və beton qatları qırıldığından güclü su sızması hər an qurğunun uçmasına və daşqına səbəb ola bilərdi. Buna görə də, ötən ildən başlayaraq sutullayıcı qurğuda təmir işlərinə başlanılıb. Bu çətin və xüsusi dəqiqlik tələb edən iş “Azərenerji” mütəxəssisləri ilə yanaşı yerli şirkət tərəfindən həyata keçirilir. Hazırda su tullayıcı qurğunun giriş başlığında, hər 3 tunellin içərisində və qurğunun genişləndirilmiş çıxış hissəsində yenidənqurma, bərkitmə, betonlama və təmir işləri aparılır və işin 90 faizi görülüb. İşlərin bu ilin aprel ayında yekunlaşdırılması nəzərdə tutulub.
Bununla yanaşı “Şəmkir” SES-in hidroaqreqatlarında təmir-bərpa işləri aparılıb və 2 saylı hidroaqreqatın ehtiyat hissələri dəyişdirilib, 330 kV-luq blok avtotransformatoru əsaslı təmir olunub. Bununla “itirilmiş” güc bərpa olunaraq, dayanıqlıq və etibarlıq artırılıb. Planlaşdırılan işlər çərçivəsində “Şəmkir” SES-in açıq paylayıcı qurğusunun, təsirlənmə və SCADA dispetçer idarəetmə sistemlərinin, tezliyin o cümlədən aktiv gücün avtomatik tənzimlənməsinin yenidən qurulması nəzərdə tutulub.
RBK-nın xüsusi müxbiri: “Ağdamda sanki nüvə partlayışı olub” – VİDEO

“Azərbaycanın Qarbağın bərpasına, ilk novbədə də burada infrastrukturun bərpasına çox ciddi yanaşdığını görürəm. Həyatın bərpa olunması çox gözəldir”.
Bunu “Report”aAzərbaycanın erməni işğalından azad edilmiş rayonlarına səfər etmiş Rusiyanın RBK telekanalının xüsusi müxbiri Artyom Patyomin deyib.
Jurnalist gördüklərinin yaratdığı təəssüratlardan danışıb: “Uzun zaman burada heç nə olmayıb. Ağdamda elə təəssürat var ki, sanki nüvə partlayışı olub. Demək olar, heç bir ev salamat qalmayıb. Təəssüratlar ən məyusedicidir, axı həyatsız şəhərə necə baxmaq olar?! Ağdamdan məcburi şəkildə köçkün düşən şəxslərlə görüşmüşəm. Onlar kiçik vətənlərini göz yaşları ilə xatırlayırlar və qayıtmağı çox istəyirlər. Ümid edirəm ki, sizdə hər şey alınacaq, şəhər bərpa olunacaq və onlar geri qayıda biləcəklər”.
Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib – VİDEO

2021-ci ilin döyüş hazırlığı planına əsasən, minaatan batareyaların heyətləri ilə döyüş atışlı təlim məşqləri davam edir.
Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.
Minaatanlar təlim prosesinin növbəti mərhələsini müvəffəqiyyətlə icra edib.
Evindən 1 kq heroin və silah tapıldı – Foto – VİDEO

Sabunçu rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən külli miqdarda heroin və silah aşkar edilib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, əvvəllər məhkum olunmuş vətəndaş Şahin Mahmudov Ramana qəsəbəsi ərazisində tutulub. Onun üzərindən ümumilikdə 4 qrama yaxın narkotik vasitə heroin və psixotrop maddə metamfetamin, həmçinin 1ədəd elektron tərəzi aşkar edilib.
Əməliyyat tədbirlərinin davamı olaraq Ş.Mahmudovun yaşadığı evdə satış məqsədi ilə əldə etdiyi killi miqdarda heroin olduğu da müəyyən olunub. Onun mənzilinin zirzəmisinə baxış zamanı ümumi çəkisi 1 kiloqram 100 qram olan heroin və 1 ədəd müvafiq sənədləri olmayan ov tüfəngi aşkar edilərək götürülüb.
Qeyd edilən faktla bağlı saxlanılan şəxs barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb və o tutularaq istintaqa cəlb olunub.
DİN maşınların texniki baxışı ilə bağlı xəbərdarlıq yaydı – VİDEO

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsi ilə bağlı sürücülərə bir daha müraciət edib.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, nəqliyyat vasitələrinin texniki baxışdan keçmə müddətinin bitməsi ilə bağlı SMS məlumat almış şəxslər istifadələrində olan avtomobillərini texniki baxışdan keçirməlidirlər.
Bunun üçün Bakı, Sumqayıt və Abşeron rayonu ərazisində yaşayan sakinlər paytaxtın Sabunçu rayonunda yerləşən Texniki Müayinə Mərkəzində, Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun üzərindəki yeni istifadəyə verilmiş Müayinə Mərkəzində, Sumqayıt Regional qeydiyyat-imtahan və texniki baxış şöbəsində nəqliyyat vasitələrini texniki baxışa təqdim etməlidirlər. Respublikanın digər şəhər və rayon sakinləri isə yaşadıqları ərazinin aid olduğu Baş İdarənin Regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində avtomobillərini texniki baxışdan keçirə bilərlər.
Xüsusi texniki vasitələrin köməyi ilə texniki baxışdan keçməyən avtomobillər müəyyən edilərək sürücüləri cərimə olunacaqlar.
Qeyd edək ki, müayinə mərkəzləri həftənin bütün günləri fəaliyyət göstərir. Sürücülər hər gün saat 9-00-dan axşam saat 6-ya qədər avtomobillərini texniki baxışdan keçirə bilərlər. Sürücülərdən xahiş olunur ki, texniki baxışa avtomobillərini saz vəziyyətdə təqdim etsinlər.
Sonda qeyd edək ki, texniki baxışdan yayınmaq üçün müxtəlif üsullara əl atan sürücülərə rast gəlinməkdədir. Bəzi sürücülər texniki baxışdan keçən avtomobillərin nömrələrini digər nəqliyyat vasitələrində istifadə edərək hərəkət etməyə cəhd göstərirlər. Belə sürücülər də dövlət yol polisinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanır və onlar qanunvericiliyə uyğun olaraq cərimə olunurlar.
Yaşlı insanların təqaüd kartından pul oğurlayan şəxs saxlanıldı – VİDEO

İyirmidən çox şəxsin etibarından sui-istifadə edərək bankomat kartlarından oğurluq edən şəxs saxlanılıb.
DİN Mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsində naməlum şəxs bankomatlardan birinin qarşısında zərərçəkənin etibarından sui-istifadə edərək onun kartında olan 900 manatı ələ keçirib. Bu barədə kart sahibi polisə müraciət edərək bildirib ki, bankomatın qarşısında olan zaman kartından pul çıxarmaqda ona köməklik etməsi üçün yaxınlıqda olan 1 nəfərə müraciət edib. Həmin şəxs kartı bankomata daxil edəndən sonra hesabda pul olmadığı barədə zərərçəkənə yalan məlumat verib. Kart sahibi ərazidən uzaqlaşandan sonra bankomatdan çıxan pulu isə həmin şəxs götürərək hadisə yerindən uzaqlaşıb.
Hadisəni törətməkdə şübhəli bilinən Ramil Orucov tutulub. O, ifadəsində etdiyi cinayəti etiraf edib və eyni üsulla, yəni bankomatdan pul çıxarmaq üçün ondan kömək istəyən 20-dən artıq şəxsin kartından müxtəlif məbləğlərdə pul oğurladığını bildirib.
Qeyd edək ki, R.Orucovdan əsasən ahıl yaşlı şəxslər təqaüd kartlarından pul çıxarılması üçün kömək istəyiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə ciayət işi başlanılıb. Ramil Orucovun Suraxanı rayonu, eləcə də paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur.

“YAŞAT” Fondu daha 10 qazini Türkiyəyə müalicəyə göndərdi – VİDEO

Ağır yaralanan qazilərimiz Ağaşov Qulu Rövşən oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Həşimov Qismət Razim oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Namazov Həbib Aydın oğlu, Kərimov Röyal Şəhadət oğlu, Xanəliyev Elşən Çingiz oğlu, Əliyev Əli Tofiq oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Şəmsi Lətif oğlu “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndəriliblər.
Məlumata görə, ağır yaralanan qazilərimiz Ağaşov Qulu Rövşən oğlu, Tağıyev Nurlan Əliağa oğlu, Həşimov Qismət Razim oğlu, Həsənov Bəxdiyar Dilqəm oğlu, Namazov Həbib Aydın oğlu, Kərimov Röyal Şəhadət oğlu, Xanəliyev Elşən Çingiz oğlu, Əliyev Əli Tofiq oğlu, Əhmədov Xəyyam Hidayət oğlu, Məmmədov Şəmsi Lətif oğlu “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndəriliblər.
Ölkəmizdəki həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Allah qazilərimizə şəfa versin!
Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.Fond tərəfindən bu günə qədər 23 qazimiz müalicə üçün Türkiyəyə göndərilib.
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov-az portalı istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid: https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.
“Şuşanı alan XTQ-lər yaralı halda azı 3 gün döyüşüb” – Video

Vətən Müharibəsində peşəsindən asılı olmayaraq demək olar ki, hər kəs yumruq kimi birləşərək orduya dəstək olmağa can atırdı, arxa cəbhədə olanlar da əsgərlərə əlindən gələn köməyi edirdi. Onların səhhətinə cavabdeh olub bir çox hərbçini yenidən həyata, döyüş meydanına qaytaran isə həkimlərimiz idi.
“Qafqazinfo” olaraq həkim-nevropotoloq, baş leytenant Elşad Əliyevlə XTQ zabiti, dörd aydır erməni snayperin vurduğu gülləni başında gəzdirən Zaur Muradovun həkimi kimi tanış olmuşduq. Bu dəfə onunla daha geniş söhbət edib həkimin ön cəbhədə yaralıların yaşaması uğrunda apardığı özünəməxsus döyüş, müharibə günləri və yaralı əsgərlərimizin qəhrəmanlıq salnamələri haqda danışdıq.
Füzuli, Hadrut və Xocavənddə hərbi həkim kimi xidmət edən E.Əliyevlə müsahibəni təqdim edirik:
Video: Pərvin Zeynal
Martın ilk günü Gədəbəyə qar yağır – Video

Bu gün səhər saatlarından başlayaraq Gədəbəy rayonuna qar yağmağa başlayıb.
Yağıntı nəticəsində rayon mərkəzində, həmçinin Şəmkir-Gədəbəy avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti üçün çətinlik yaranıb.
Hazırda davam edən qarlı hava vətəndaşlar üçün də müəyyən kommunal problemlər yaradıb.
Elmar Əli
Ağdamın Güllücə kəndindən görüntülər – VİDEO

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın işğalından azad olunan Ağdam rayonunun Güllücə kəndindən videogörüntülər yayıb.
“Report” həmin görüntüləri təqdim edir.
Xocavəndin Çiraquz kəndi – VİDEO

Müdafiə Nazirliyi Xocavənd rayonunun Çiraquz kəndindən videogörüntülər paylaşıb.
“Report” həmin görüntüləri təqdim edir.
Həmçinin baxın
Üç medal alan qazi sağlamlığına qovuşub ailəsinə dəstək olmaq istəyir – VİDEO
“Rusiya düşmənimizdir, 100 ildən çoxdur Ermənistanı işğal edib…” – Video
Minaatan batareyaları döyüş atışlı təlimlərin növbəti mərhələsini icra edib – VİDEO
Ermənistanda etiraz aksiyaları – Paşinyanın istefası tələb olunur + Video
Bakı meri küçələrin qardan gec təmizlənməsinin səbəbini açıqladı – Video
“Bu amillər olan zaman istənilən münaqişə həll oluna bilər” – İlham Əliyev + Video
İlham Əliyev: “Dağlıq Qarabağ mövcud deyil və hər kəs oranı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır” – VİDEO
Bosniya və Herseqovinanın “O Kanal” televiziyası Ağdamdan reportaj hazırlayıb – VİDEO
ABŞ-da yaşayan Xocalı sakini: “Qətliamdan 29 il keçməsinə rəğmən, onun təsirini hələ də hiss edirəm” – VİDEO
Bizi Facebook-da izləyirsiniz?
Bağla