Xüsusi Təyinatlı Qüvvələrin giziri, şəhid Vüsal Məmmədovun bu gün övladı dünyaya gəlib. 

Bu şəhidin yaxınları məlumat veriblər. Məlumata görə, körpə oğlandır və sağlamlığı yerindədir: “Hələ cinsiyyəti məlum olanda atası adının Hüseyn olmasını istəmişdi. Onun arzusuna uyğun olaraq uşağa Hüseyn adı verilib”.

Qeyd edək ki, 30 yaşlı şəhid Vüsal Qüdrət oğlu Məmmədov cəmi 7 ay idi ki, ailə qurmuşdu. O, XTQ-nin tərkibində dalğıc (sualtı hücum) kəşfiyyatçı vəzifəsində xidmət edib. Oktyabrın 12-də Qubadlı istiqamətində döyüşlərdə qəhrəmancasına şəhid olub. 

Döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra “Qarabağ” ordeni, “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub. 

Gülnar Əliyeva


İstinadlar Qafqazinfo