
Şəhid Əli Ələkbərovun övladları Türkiyənin Antalya şəhərində keçirilən Türk Dünyasının II Beynəlxalq Riyaziyyat Olimpiadasında (TİMO) uğur qazanıblar.
Olimpiadanın final mərhələsində şəhidin qızı Nazlı Ələkbərzadə və oğlu Əkbər Ələkbərzadə qızıl və bürünc medal əldə ediblər.
N. Ələkbərzadə 18 ölkəni təmsil edən 1 399 iştirakçının mübarizə apardığı final mərhələsində bütün sualları düzgün cavablandıraraq 100 faizlik nəticə göstərib və qızıl medal qazanıb. O, eyni zamanda fərdi göstəricilər üzrə dünya üçüncüsü olub.
Ə. Ələkbərzadə isə final mərhələsində bürünc medal qazanıb.