Vətən Müharibəsində itkin hesab edilən, daha sonra şəhid olduğu müəyyənləşən Qəmbərli Vüsal İlkin oğlunun övladı dünyaya gəlib.

Ötən gün dünyaya göz açan körpə şəhidin ilk övladıdır.

Bakıda – 5 saylı Şəhər Kliniki Xəstəxanasında doğulan körpə oğlandır. Ona atasının arzusu ilə Rəsul adı verilib.

Qeyd edək ki, 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində doğulan şəhidimiz müharibəyə könüllü olaraq qatılaraq şəhadətə yüksəlib. V.Qəmbərlinin nəşi ötən ilin dekabrın 20-də torpağa tapşırılıb.

Surxay Şahbazov