Nəsimi rayonunda şəhid Ruslan Cəfərovun ailə üzvlərinin yaşadığı H.Binanın giriş hissəsinə şəhidin barelyefi vurulub, aprılan yenidənqurma və təmir–bərpa işlərindən sonra həyət sakinlərin istifadəsinə verilib.

Hazırlanmış layihəyə uyğun olaraq 6 girişli, 5 mərtəbəli H.Seyidzadə küçəsi 28 saylı yaşayış binasının fasadı və dam örtüyü təmir olunub, binanın 6 ədəd giriş qapısı və pilləkən qəfəslərinin 24 ədəd pəncərəsi dəyişdirilib, yağış suları axıdan navalça və borular yeniləri ilə əvəz olunub.

Görülmüş işlər çərçivəsində həyətə 1500 kv.m. asfalt örtüyü, 600 kv.m. qazon, 550 kv.m. tamet vurulub, 350 p.m. yeni bardürlər qoyulub, yaşıllıqların suvarılması üçün su xətləri çəkilib, mövcud yaşıllıqlar bərpa edilərək ağaclar budanıb, 50 ədəd həmişəyaşıl kollar və ağaclar əkilib.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binanın həyətinə söhbətgah və oturacaqlar qoyulub,yeni basketbol meydançası yaradılıb, müxtəlif növ uşaq oyun elementləri, idman fitnes alətləri və idman qurğuları quraşdırılıb.

Həyətdə işıqlandırma sistemi yenidən qurularaq 4 nöqtədə işıq dirəkləri quraşdırılıb, həyətdəki 150 p.m istinad divarları bərpa edilib.

 





İstinadlar Qafqazinfo