AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Norveç və Aİ-nin 17 ölkəsi Ukraynaya silah tədarükü ilə bağlı müqavilə imzalayıb
  • Bayram günləri rayonlarda hava necə olacaq?
  • XİN başçısı “Türkiyə və Suriyadakı insanlar üçün birlikdə” tədbirində iştirak edir
  • Şuşada Novruz tonqalı qalanıb, aksiya bayram əhvali-ruhiyyəsi ilə davam edir 
  • Ayxan Hacızadə: “Lavrov və Mirzoyanın Azərbaycan əleyhinə yalan və iftira dolu fikirlərini qətiyyətlə pisləyir və rədd edirik”
  • “Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO
  • Blinken Paşinyanla regionda kommunikasiya xətlərinin açılmasını müzakirə edib
  • Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb
  • “Ermənistan XİN başçısının Moskvadakı açıqlaması axmaq sayıqlamadan başqa bir şey deyil” – RƏY
  • Moskvada Rusiya və Çin liderlərinin görüşü başlayıb
  • Norveç və Aİ-nin 17 ölkəsi Ukraynaya silah tədarükü ilə bağlı müqavilə imzalayıb
  • Ayxan Hacızadə: “Lavrov və Mirzoyanın Azərbaycan əleyhinə yalan və iftira dolu fikirlərini qətiyyətlə pisləyir və rədd edirik”
  • “Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO
  • Azərbaycandan Ukraynaya növbəti humanitar yardım partiyası çatdırılıb
  • “Ararat Mirzoyanın iddiaları Ermənistanın siyasi rəhbərliyinin simasız və ikiüzlü olduğunu göstərir” – RƏY
  • Lavrov: “Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin yeni görüşünün tarixini müzakirə edəcəyik”
  • “Qazprombank”: “Azərbaycanın neft-qaz sektoru qısamüddətli perspektivdə sürətlənəcək”
  • Emin Hüseynov: “Azad olunan ərazilərə köçürülən sakinlər yeni həyata tez adaptasiya olunurlar”
  • XİN Ermənistanın sərhəddəki hərbi təxribatı ilə bağlı məlumat yaydı
  • Bakı sakinlərinə qarşı cibgirlik edilib
  • Moskvada Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilir
  • Lavrov: “Üçtərəfli bəyanat bütün qərarların icrası üçün əsas olaraq qalır”
  • Naxçıvanda gənc əsgərlər xidmət yerlərinə yola salınıblar
  • “Ford” 1,3 milyon avtomobilini geri çağırır
  • “Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO
  • Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video
31/01/2023 01:20
“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO
20/03/2023 18:35
“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO
20/03/2023 14:23
Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO
20/03/2023 12:37
Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO
20/03/2023 11:11
“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar
20/03/2023 11:03
“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video
19/03/2023 20:50
Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO
19/03/2023 13:59
“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video
19/03/2023 10:08
Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO
18/03/2023 17:37
Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video
18/03/2023 13:32
İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video
17/03/2023 20:29
“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video
17/03/2023 10:29
Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video
16/03/2023 20:02
GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb – VİDEO
16/03/2023 12:14
Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb – VİDEO
16/03/2023 11:29
Düz getdiyi yolda “Ford” çırpıldı, öldü… – Video
16/03/2023 11:20

Video xəbərlər

  • Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO
  • Azərbaycan MN Qarabağdakı rus qüvvələrinə xəbərdarlıq etdi – VİDEO
  • “Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video
  • 58 gün sonra 55 yaşında… – Video+Fotolar
  • Brüsseldə Güney Azərbaycan türklərinin “Azadlıq və ədalət yürüşü” adlı mitinqi keçiriləcək – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

24/03/2023
19:41 “Toyota” saxlanıldı, sərnişinin axtarışda olduğu üzə çıxdı
19:17 Havada dəm qazının miqdarı normadan artıqdır
18:38 Fransa telekanalı: “Azərbaycanın işğaldan azad edilmiş əraziləri fəal şəkildə bərpa olunur”
18:32 Nazir müavini: “Naxçıvanda aqrar islahatlara ehtiyac var”
18:05 Naxçıvan Ali Məclisinin deputatları Strasburqa gediblər
18:02 “Ermənistanla Azərbaycan danışıqlarda məqbul ifadələr tapıb” – Mirzoyan
17:56 Pakistanlı ekspert: “Demokratiya Sammiti”nin demokratik dəyərlərlə heç bir əlaqəsi yoxdur”
17:53 Ukrayna kəşfiyyatı: “Rusiya vətəndaşlarını Krımdan çıxır”
17:32 Ararat Mirzoyan: “Ermənistan və Azərbaycan bir sıra məsələlərdə məqbul həll yolunu tapıblar”
17:29 Ukraynalı deputat: “Çin Rusiyaya dəstək verib-verməyəcəyini hələ də müəyyənləşdirməyib”
17:14 Qarabağ iqtisadi rayonunda qanunsuz yolların çəkilməsi yolverilməzdir – VİDEO
17:01 Türkiyə-Ermənistan sərhədi yayadək üçüncü ölkə vətəndaşları üçün açılacaq
16:59 Qaxda gənclər arasında dava – Bıçaqlanan var
16:23 “Togg”un sifarişləri 100 mini ötüb
16:17 Güclü geomaqnit qasırğası müşahidə olunur
16:02 Xankəndi-Laçın yolunda sülhməramlıların tibb avtomobilinin keçidinə şərait yaradılıb 
15:59 Azərbaycan XİN-in sözçüsü: “Aratat Mirzyan yalan danışır”
15:53 Mübarizənin 103-cü günü: ekoaksiyada canlanma müşahidə olunur, iştirakçıların əhvali-ruhiyyəsi yüksəkdir
15:20 Azərbaycan XİN Ermənistan XİN-in iddialarına cavab verib
14:59 Britaniya Azərbaycan Ordusunun hərbçiləri üçün təlim keçib
14:50 Almaniya Ukraynaya yeni hərbi yardım paketini elan edib
14:47 Şəhid anasını çəkiliş adı ilə kim aldadıb?
14:44 Nazirlikdən oruc tutan şəxslərə müraciət
14:41 Yuxarı Şirvan kanalında meyit tapılıb
14:26 Həsən Hüseynli xanımını da itirdi
14:23 Zəlzələ ilə bağlı FHN-dən açıqlama
14:17 Pentaqon: “İrana nüvə silahı hazırlamağa imkan verməyəcəyik”
14:05 Niyə “iPhone 13” iş və əyləncə üçün “Olmazsa olmaz” hesab olunur? – FOTO
14:02 MN: “Azərbaycanın Laçın yolunun son nöqtəsində sərhəd-keçid məntəqəsi qurması zəruridir”
13:50 Azərbaycan MN Qarabağdakı rus qüvvələrinə xəbərdarlıq etdi – VİDEO
13:47 Qarabağda vurulmuş İran sərnişin təyyarəsi – Araşdırma
13:32 “Bu ölkə bizimlə təhlükəsizliklər barədə danışmaq fikrindədir?”
13:29 Türkiyənin daxili işlər nazirinin səhhətində problemlər var
13:08 Azərbaycanın daha bir rayonunda zəlzələ oldu
12:59 Dmitri Medvedev: “ABŞ-ın dağılma ehtimalı böyükdür”
12:53 Sabah 23° isti olacaq
12:47 Bakıda sərnişin avtobusu “Mercedes”lə toqquşdu – Foto
12:29 Azərbaycan ət idxalını 2 % artırıb
12:17 Fransada etiraz aksiyalarında 457 nəfər həbs edilib
12:08 Dövlət Departamenti: “ABŞ Ermənistanla Azərbaycan arasında sülh müzakirələrinin davam etdirilməsinə çalışır”
11:58 Erməni nazir Azərbaycanla razılaşa bildikləri və bilmədikləri məsələləri açıqladı
11:56 “Ermənistan adətən təxribatlardan əvvəl dezinformasiya həyata keçirir”
11:41 Elçin Əmirbəyov: “Ermənistan Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edərək sülhü əngəlləyir”
11:35 İsmayıllıda zəlzələ olub
11:23 Bərdədə avtomobilin vurduğu piyada xəstəxanada ölüb
11:11 XİN: “Ermənistan rəhbərliyinin son günlərdə Azərbaycana qarşı artan təcavüzkar ritorikasını qətiyyətlə pisləyirik”
11:05 Rusiyada zavodda yanğın başlayıb
11:02 Bağanis-Ayrım hadisəsinə görə 18 erməni beynəlxalq axtarışdadır
10:59 Bakıda 15 yaşlı qız itkin düşüb
10:44 Sabirabadda evdən 10750 dollar və qızıl oğurlamaqda şübhəli bilinən şəxs tutulub
10:38 Hərbi Prokurorluq: “Bağanis-Ayrım soyqırımını törətməkdə cinayətləri sübuta yetirilmiş 18 nəfər beynəlxalq axtarışdadır”
10:17 Şavkat Mirziyoyev Azərbaycana gələcək
10:02 Ukrayna Baş Qərargahı: “Son günlər Rusiya hərbçiləri arasında itkilərin sayı kəskin artıb”
09:41 Yaponiyada 5,4 maqnitudalı zəlzələ olub
09:23 Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət ediblər 
09:17 Misir prezidenti İlham Əliyevə zəng edib
09:14 Azərbaycan nefti bahalaşmaqda davam edir
09:08 İrandakı zəlzələ Naxçıvanı da silkələdi
08:53 Aİ-yə idxal olunan balın, demək olar, yarısı standartlara cavab vermir
08:29 Danimarka qaz kəməri yaxınlığında tapılan obyekti qaldırmaq üçün “Şimal axını-2 AG” şirkətini dəvət edib

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Şəhidimizin tabutu İran əsgərlərindən belə alınıb – Video

Multimedia 31/01/2023 01:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, Azərbaycanın İrandakı səfirliyinə qarşı törədilən terror aktı zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib və ötən gün II Şəhidlər xiyabanında torpağa taşırılıb.

Şəhidimizin nəşinin Bakıya gətirildiyi saatlarda Tehran aeroportunda maraqlı anlar yaşanıb.

Belə ki, Azərbaycan heyətində yer alan təhlükəsizlik xidmətinin əməkdaşları İran hərbçilərinə şəhidimizin tabutunu daşımağı etibar etməyib.

Bu anda araya girən azərbaycanlılar, şəhidin tabutunu iran hərbçilərindən alaraq onu çiyinləri üzərinə qaldırıblar.

Azərbaycan heyətinin bu davranışı sosial şəbəkədə rəğbətlə qarşılanıb ki, bu da başadüşüləndir. Hər halda Orxan Əsgərovun İran hökumətinin səfirliyin təhlükəsizliyinə laqeyd münasibət göstərməsi nəticəsində şəhid olduğu heç kimə sirr deyil.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Multimedia 20/03/2023 18:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi RPİ, eləcə də ərazi polis şöbə və bölmələri rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti dəfə əməliyyat keçirib.

Əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıblar. Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir-neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər. Onlardan bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitlərin təbliği ilə məşğul olmaları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onların hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Hadisə 20/03/2023 14:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nəsimi Rayon Polis İdarəsinin (RPİ), eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən rayonun “Papanin” və “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib, daha 8 nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı qeyd edilən ünvanlarda narkotiklərin qanunsuz dövriyyəsini və satışını həyata keçirən daha 6 nəfər – Murad Baxşıyev, Murad İsmayılov, Soltan Nuriyev, Orxan Nuriyev, Aydın Allahverdiyev, Rəşid Nuriyev Pərvin İsmayılov və Nizami Mürsəlov saxlanılıblar.

Həmin şəxslərdən 2 kiloqrama yaxın heroin, metamfetamin və satışı qadağan psixotrop tərkibli həblər aşkar edilib. Saxlanılanlardan bir neçəsi narkotik vasitələri sosial şəbəkələrdə tanış olduqları “Səyyad” adlı İran vətəndaşından onlayn yolla satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.

Əməliyyat nəticəsində tutulan şəxslərdən bəzilərinin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib.

Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib.

Oxumağa dəyər:   Küveytdə neft sızması səbəbindən fövqəladə vəziyyət elan edilib

Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Multimedia 20/03/2023 12:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Novruz bayramı ilə əlaqədar Azərbaycan Ordusunun qoşun növləri, Əlahiddə Ümumqoşun Ordu, hərbi birlik və birləşmə, eləcə də xüsusi təyinatlı təhsil müəssisələrində silsilə tədbirlər keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Tədbirlərdə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın azadlığı, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Hərbi orkestrlərin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Şəxsi heyət tərəfindən şəhidlərimizin məzarları ziyarət olunub, hərbi qulluqçular şəhid və yaralıların ailələrinə baş çəkərək onların qayğı və istəkləri ilə maraqlanıb, bayram sovqatları təqdim ediblər.

Görüşlərdə dövlətimiz tərəfindən şəhidlərimizin xatirəsinin hər zaman uca tutulduğu, onların ailə və yaxınlarının yüksək diqqət və qayğı ilə əhatə olunduğu xüsusi qeyd olunub.

Bayram tədbirlərində çıxış edənlər yazın gəlişinin ölkəmizdə sevinc, coşqu və təntənə ilə qeyd edilməsindən, Novruz ənənələrinin tarixindən, milli-mənəvi dəyərlərimizdən biri olan Novruz bayramının xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilməsindən söhbət açıblar.

Oxumağa dəyər:   Xankəndi-Laçın yolu: ekoaksiya yağışlı havaya baxmayaraq davam edir 

Silsilə tədbirlərdə Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin, həmçinin incəsənət nümayəndələrinin, rayon mədəniyyət şöbələri kollektivlərinin iştirakı ilə konsert proqramları təqdim olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Hadisə 20/03/2023 11:11
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Pirallahı Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbir zamanı əvvəllər məhkum olunmuş Samir Əliyev tutularaq istintaqa təqdim olunub. Onun üzərinə baxış keçirilən zaman 1 ədəd “Makarov” markalı tapança, 1 ədəd daraq və 5 ədəd patron aşkar edilib.

Samir Əliyev odlu silah-sursatı bir müddət əvvəl əldə etdiyini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özündə saxladığını bildirib.

Faktla bağlı Pirallahı Rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar

Multimedia 20/03/2023 11:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şəhid ailələri və müharibə qazilərinə həmişə diqqət və qayğısı ilə seçilən “Azland plaza” şirkəti növbəti dəfə Novruz bayramı ərəfəsində sosial aksiyaya qoşulub.

Şirkət tərəfindən bayram münasibətilə Bakıda Birinci və İkinci Qarabağ müharibələri qaziləri və şəhid ailələri ilə görüş keçirilib, onlara bayram sovqatları paylanıb.

Tədbirdə çıxış edən “Azland” şirkətinin rəhbəri Bəhruz Tağıyev Vətənin çətin günündə canını sipər edən oğulların və onların ailə üzvlərinin həmişə diqqət mərkəzində saxlanıldığını, sosial qayğı ilə əhatə olunduqlarını dilə gətirib: “Mən “Azland Plaza” MMC-nin rəhbəri olaraq Azərbaycan xalqını bayram münasibətilə təbrik edirəm, bol ruzi-bərəkət arzulayıram. Şirkətin fəaliyyətə başladığı dövrdən daim qazi və şəhid ailələrinə bacardığım qədər maddi və mənəvi dəstək olmuşam, əmək qabiliyyətini tam itirməyənləri işlə təmin etmişəm. Biz bu gün firavan həyat keçirməyimizə görə şəhidlərimizə, qazilərimizə  borcluyuq, bu səbəbdən onlara yardım etməyi özümə borc bilirəm. Allah onları qorusun! Bundan sonra da eyni tendensiya ilə davam edəcəyik. Bugünkü tədbirimizin məqsədi bayramqabağı az da olsa onları sevindirmək və fədarkarlıqlarına qiymət verməkdir. Allah Prezidentimizi qorusun, onun rəhbərliyi altında Müzəffər Ordumuz zəfər qazandı. Xalq olaraq birliyimiz bizi daim sarsılmaz edəcək”.

Oxumağa dəyər:   Türkiyədə zəlzələ nəticəsində ölənlərin sayı 50 mini ötüb

“Qarabağ Qaziləri” İB-nın İdarə Heyətinin üzvü Rey Kərimoğlu da göstərilən qayğı və diqqətə görə şirkət rəhbərliyinə təşəkkürünü bildirib: “Bu gün bayram ərəfəsində toplaşmışıq. “Azland plaza” şirkətinin dəstəyilə “Qarabağ Qaziləri” İB-nin Sabunçu rayon filialı tərəfindən bu məclis təşkil edilib. Biz də birliyimizin rəhbərliyi adından “Azland plaza” şirkətinə təşəkkür edirik. Bu şirkət həmişə qazilərə dəstək olub, kömək edib. Gördüyünüz kimi, həm Birinci, həm də İkinci Qarabağ müharibələrinin qaziləri bir araya toplaşıb. Allah hər kəsin canını sağ eləsin, qazilərimiz, şəhid ailələrimiz başda olmaqla xalqımızın bayramı mübarək olsun!”

Tədbirdə çıxış edən qazilər həmişə şirkət rəhbərliyinin qayğısı ilə əhatə olunduqlarını dilə gətiriblər. “Qarabağ qaziləri” İB-nin Nizami Rayon filialının sədr müavini Nicat Cəlilov belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib: “Azland plaza” şirkətinin rəhbərliyinə, Bəhruz müəllimə təşəkkürümü bildirirəm ki, qazilərə belə diqqət yetirirlər. Bəhruz müəllimin atası Qabil müəllim də qazi olub, mənim atam Kərim Cəlilovla döyüş yoldaşı olublar. Biz Vətən müharibəsinin iştirakçıları da onların yolu ilə gedirik”.

Oxumağa dəyər:   Bakı sakinləri Cəlilabadda külli miqdarda narkotiklə tutulublar - FOTO

Digər bir Vətən müharibəsi qazisi Nurlan Məmmədov isə qazi yoldaşları ilə bu bayram ərəfəsində görüşə görə çox şad olduğunu ifadə edib: “Biz çox sevindik ki, qaziləri bu Novruz bayramı ərəfəsində bir yerə toplayıblar. Yığışdıq, bayramı bir yerdə keçirdik. Bizə diqqət göstərən hər kəsə minnətdarlığımı bildirirəm”.

Tədbirdə, həmçinin müharibədə müstəsna xidmətlər göstərmiş bir qrup şəxsə fəxri fərmanlar təqdim olunub. Onların içərisində tibb işçiləri ilə yanaşı Azərbaycanda ilk tank taborunu yaradan Birinci Qarabağ müharibəsi qazisi Zahid Nəzərov da var.

Qeyd edək ki, “Azland plaza” MMC tərəfindən ümumilikdə 104 şəhid ailəsi və müharibə qazisinə bayram sovqatı təqdim edilib.










InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video

Multimedia 19/03/2023 20:50
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxsləri bayram günlərində gücləndirilmiş iş rejimində çalışan Qəza Çağrı Xidməti şöbəsinin əməkdaşlarının iş şəraiti ilə yaxından tanış olublar.

Birliyin rəhbər şəxsləri şöbə əməkdaşlarını Novruz bayramı münasibəti ilə təbrik edib.

Daha sonra bayram günündə Birliyin 104/185 Çağrı Mərkəzinə daxil olan bəzi müraciətləri qurum rəsmiləri özləri cavablandırıblar.

Daha ətraflı video materialda:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO

Multimedia 19/03/2023 13:59
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Martın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hospitalın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub. Ulu öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

General-polkovnik Z.Həsənov martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Novruz bayramı təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran Müdafiə naziri onlara bayram sovqatları təqdim edib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti sayəsində bütün istiqamətlərdə qazanılan uğurlardan danışan Nazir, hərbi tibb sahəsində əldə edilən nailiyyətləri xüsusi qeyd edib.

Oxumağa dəyər:   Leonid Slutski: "Polşanın Ukrayna münaqişəsində iştirakı dünya müharibəsinin başlaması demək olacaq"

Müdafiə naziri Türkiyədə baş vermiş zəlzələdə xəsarət alanlara tibbi yardım göstərilməsi məqsədilə Ali Baş Komandanın göstərişinə əsasən qardaş ölkəyə ezam olunan hərbi tibb personalı və hospitalın digər əməkdaşları ilə də görüşüb, yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onlara təşəkkürünü bildirib.

Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular burada yaradılan şəraitə, eləcə də hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

General-polkovnik Z.Həsənov tibb işçilərini bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara göstərilən xidmətin daha keyfiyyətli təşkili və təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video

Multimedia 19/03/2023 10:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Arzu Əliyeva Tərtərin Talış kəndinə səfər edib.

Dövlət başçısı və xanımı səfər zamanı kənd sakini Əyyub Əkbərovun evində yaradılan şəraitlə tanış olublar.

Burada Prezidentlə kənd sakini arasında maraqlı dialoq yaşanıb.

Həmin görüşün videosunu təqdim edirik:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO

Hadisə 18/03/2023 17:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Nizami Rayon Polis İdarəsi, 24-cü Polis Şöbəsi və 23-cü Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən silsilə əməliyyatlar nəticəsində üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan şəxslər tutulub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, tədbirlər zamanı Ramil Məmmədli, Eldəniz Əliyev və Ümid Qafarov saxlanılaraq istintaqa təqdim ediliblər.

Belə ki, Ramil Məmmədlinin üzərindən, eləcə də idarə etdiyi avtomobildən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd daraq, 12 ədəd patron, psixotrop maddə olan metamfetamin, Ümid Qafarovdan həmçinin 1 ədəd “Kalaşnikov” avtomatı, 1 ədəd daraq, 9 ədəd patron, Eldəniz Əliyevdən isə “Brauning” markalı tapança və 2 ədəd patron aşkar olunub.

Saxlanılan şəxslər odlu silah-sursatları bir müddət əvvəl əldə etdiklərini, lakin polisə təhvil verməyərək satmaq məqsədi ilə özlərində saxladıqlarını bildiriblər.

Araşdırma zamanı saxlanılan şəxslərdən biri – Ramil Məmmədlinin sosial şəbəkələrdə “Salamat Ramil” adı altında cinayətkarlığı təbliğ edən paylaşımlar etdiyi də məlum olub.

Oxumağa dəyər:   Fransada azərbaycanlı uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Aşkar edilən faktlarla bağlı Nizami Rayon İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video

Multimedia 18/03/2023 13:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində sakinlərin müraciəti əsasında vətəndaş Rəcəbov Tofiq Zəbulla oğluna məxsus spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektdə növbədənkənar yoxlama keçirilib. Yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

– obyekt ilkin yanğınsöndürmə vasitələri və ildırımötürücü ilə təmin olunmayıb;
– ərazidə quraşdırılan çənlər yanğına qarşı xüsusi izolyasiyaedici materialla təmin edilməyib;
– çənlər fərdi yaşayış evləri ilə ara məsafəsi gözlənilmədən quraşdırılıb;
– ərazi yanar tullantılardan (yağ tullantıları, taxta qırıntıları, quru alaq otları) təmizlənməyib və s.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin pozulması faktları aşkar edilib, Abşeron rayonu, Masazır qəsəbəsi, Siyavuş Aslan küçəsində yerləşən spirt məhlulu ilə dolu çənlərin saxlanıldığı obyektin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Oxumağa dəyər:   Azərbaycanda Novruz bayramıdır

Həmçinin, obyektin sahibinə qısa müddətdə ərazinin təmizlənməsi barədə göstəriş verilib və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video

Multimedia 17/03/2023 20:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı şəhərində və magistral avtomobil yollarının paytaxta yaxın ərazidən keçən hissələrində yaşayan vətəndaşların təhlükəsizliyinin təmin olunması məqsədilə bir-neçə yerdə yerüstü piyada keçidlərinin inşası aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən bu çərçivədə daha iki layihənin icrası yekunlaşıb. 

Belə ki, M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də və M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2 km-lik hissəsində yerüstü piyada keçidlərinin inşası yekunlaşdırılaraq vətəndaşların istifadəsinə verilib. 

M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 21-ci km-də inşa edilən yerüstü piyada keçidi orta dayaqsız metal konstruksiyalıdır, ümumi uzunluğu 45 metr, aşırım hissəsinin uzunluğu 37.5 metr, eni 3.5 metr, pilləkənlərin eni 3.0 metr yol səviyyəsindən hündürlüyü 5.5 metr təşkil edir.

Keçidin layihəsi çərçivəsində Bakı şəhəri istiqamətində uzunluğu 50 metr olan istinad divarı da tikilib. 

Agentlik tərəfindən M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 20.2-ci km-lik hissəsində inşa olunan piyada keçidinin isə uzunluğu 30 metr, hərəkət hissəsinin eni 3.5 metr təşkil edir. Yol səviyyəsindən hündürlüyü 5.5 metr olan keçid tağvari metal konstruksiyalıdır. 

Oxumağa dəyər:   Bakıda "Makarov" satmaq istəyən şəxs saxlanılıb - VİDEO

Keçidlərdə fiziki məhdudiyyətli şəxslərin rahat hərəkətini təmin etmək üçün müasir lift sistemləri quraşdırılıb. Həmçinin videomüşahidə qurğuları quraşdırılıb, bu da fasiləsiz nəzarətə imkan yaradır.




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video

Multimedia 17/03/2023 10:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq “AzərEnerji” silsilə tədbirləri davam etdirir.

Müstəqil energetikanın banisi Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə tikilən “Azərbaycan” İES, “Şimal” ES, “Bakı” İEM və “Şəmkir” SESS-də, o cümlədən “AzərEnerji”nin balansında olan “Qobu”, “Sumqayıt”, “Cənub” və digər elektrik stansiyalarının ərazisində ağacəkmə aksiyası keçirilir. Bundan əlavə ölkənin digər yerlərində olan 500, 330 və 110 kilovoltluq yarımstansiyaların ərazisində də ağaclar əkilir.

Aksiyanın keçirilməsində əsas məqsəd ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etmək, Ümummilli Liderin ənənəsinə sadiq qalmaqdır. Bakı və ölkənin regionlarında yerləşən enerji obyektlərində “hərə bir ağac əksə” devizi ilə keçirilən aksiyalarda müxtəlif növdə 5 minə yaxın ağac əkilir.

Qeyd edək ki, bundan əvvəl də “AzərEnerji”, “Azərişıq” və Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Ulu Öndərin 100 illik yubileyi iə əlaqədar olaraq Xocəsən qəsəbəsində 7 minədək ağac əkilməsi aksiyasını gerçəkləşdirib.

Oxumağa dəyər:   Bakıda 12 otaqlı evdə yanğın olub




İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video

Multimedia 16/03/2023 20:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Şəkinin Baş Zəyzid kəndində yaşayan Müşviqə İbrahimxəlilova ölmüş kimi qeydiyyata salınıb.

Müşviqə İbrahimxəlilova 1982-ci ildə Şəki rayonunun Şirinbulaq kəndində doğulub. O zaman kəndləri Aydınbulaq sovetliyinin tabeliyində imiş. Qız ərazi üzrə qeydiyyata götürülüb. 5 il sonra isə Aydınbulaq sovetliyi onu ölü kimi qeydiyyata salıb.

Maraqlıdır ki, xanım ailə həyatı qurarkən nikah şəhadətnaməsi alıb, özünün şəxsiyyət vəsiqəsi bir neçə dəfə yenilənib. Bu zaman heç bir problem yaşanmayıb.

Məsələni araşdıran Şəki Vəkillər Bürosun üzvü Zaur Bayramov bildirib ki, ailə Ədliyyə Nazirliyinin Şəki rayon Qeydiyyat şöbəsinə müraciət edib.

Qurumdan bildirilib ki, Aydınbulaq inzibati dairəsinin nümayəndəliyində 24 iyun 1987-ci ildə 6 nömrəli ilkin ölüm aktı qeydiyyata alınıb. Məsələ məhkəmədə həll edilməlidir.

İndi Müşviqə İbrahimxəlilova həyatda olmasını sübut etmək üçün məhkəmənin qərarını gözləməlidir.

Mövzu ilə bağlı ətraflı videomaterialı təqdim edirik:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb – VİDEO

Multimedia 16/03/2023 12:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Azərbaycanın ilk özəl enerji şirkəti GL LTD (GL) Türkiyədə təbii fəlakətin dağıdıcı təsirlərinin aradan qaldırılmasına töhfə vermək üçün qardaş ölkəyə humanitar yardım göndərib.

GL və onun iştirak paylarına sahib olduğu şirkətlərdə – “GL Technical Services”, “Taghiyev Operating Company” və “Salyan Oil Limited”də çalışan 1600-ə yaxın əməkdaş da zəlzələnin nəticələrinin tezliklə aradan qaldırılmasına dəstək olmaq üçün könüllü ianələr ediblər.

Təbii fəlakətdən zərər çəkənlərin əsas ehtiyaclarının öyrənilməsi və onlara dəstəyin tez bir zamanda fəlakət bölgəsinə çatdırılması üçün GL şirkəti Türkiyənin Azərbaycandakı səfirliyi və aidiyyəti təşkilatlarla sıx əməkdaşlıq edib.

Ərzaq və qeyri-ərzaq məhsullarından ibarət yardımlar ötən həftə yola salınıb və artıq Türkiyənin Kahramanmaraşdakı logistik mərkəzinə çatıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb – VİDEO

Hadisə 16/03/2023 11:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri tərəfindən paytaxtın Binəqədi rayonu, Cavadxan küçəsi, 51 ünvanında yerləşən “Xəzər tikinti-2004” MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının liftində plan üzrə yoxlama aparılıb.

Yoxlama zamanı liftin müvafiq təhlükəsizlik tələblərinə riayət olunmadan istismar edildiyi və insan həyatı və sağlamlığı üçün təhlükə yaratdığı müəyyən olunub.

Qeyd olunanlar nəzərə alınaraq, liftin istismarı dayandırılıb və aşkar edilmiş texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün “Xəzər tikinti-2004” MMC qarşısında məsələ qaldırılıb. Həmçinin müvafiq akt tərtib edilərək yalnız qayda pozuntularının aradan qaldırılacağı təqdirdə liftin istismarının mümkün olacağı və liftin müvafiq normalara riayət olunmadan istismarı zamanı baş verə biləcək qəza və bədbəxt hadisəyə görə məsuliyyət daşıdıqları sözügedən MMC-nin rəhbərliyinə izah olunub.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Düz getdiyi yolda “Ford” çırpıldı, öldü… – Video

Multimedia 16/03/2023 11:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Martın 13-də paytaxtın Sabunçu rayonu, Kürdaxanı-Pirşağı avtomobil yolunda baş vermiş ağır yol qəzasının görüntüləri yayılıb.

Görüntülərdə Kazımov Ramin Xaqani oğlunun sürdüyü “Ford Transit” markalı yük avtomobilinin qəfil idarəetmədən çıxaraq əks zolağa çıxdığı görünür.

Bu zaman həmin avtomobil Rəhmanov Aqil Arif oğlunun idarə etdiyi “Ford” markalı kiçiktutumlu yük avtomobilinə çırpılıb. Nəticədə A.Rəhmənov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu RPİ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Hadisənin görüntülərini təqdim edirik.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 20/03/2023 18:35

“Səyyad”ın Bakıdakı narkokuryer şəbəkəsi ələ keçdi – VİDEO

Read more
Hadisə 20/03/2023 14:23

“Papanin” və “Kubinka”da narkotikə görə daha 8 nəfər saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 12:37

Novruz bayramı münasibətilə Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib – VİDEO

Read more
Hadisə 20/03/2023 11:11

Bakıda “Makarov” satmaq istəyən şəxs saxlanılıb – VİDEO

Read more
Multimedia 20/03/2023 11:03

“Azland plaza” qazi və şəhid ailələrini sevindirdi – Video – Fotolar

Read more
Multimedia 19/03/2023 20:50

“Azəriqaz”ın rəhbər şəxsləri müraciətləri özləri cavablandırıb – Video

Read more
Multimedia 19/03/2023 13:59

Müdafiə naziri Novruz bayramı münasibətilə hərbi hospitalı ziyarət edib – VİDEO

Read more
Multimedia 19/03/2023 10:08

“İndi bizdən qorxurlar” – Prezidentlə kənd sakini arasında maraqlı dialoq+Video

Read more
Hadisə 18/03/2023 17:37

Bakıda “Salamat Ramil” saxlanılıb, ondan “Kalaşnikov” götürülüb – VİDEO

Read more
Multimedia 18/03/2023 13:32

Yanğın təhlükəsi yaradan obyektin fəaliyyəti dayandırıldı – Video

Read more
Multimedia 17/03/2023 20:29

İki yerüstü piyada keçidi istifadəyə verildi – Fotolar+Video

Read more
Multimedia 17/03/2023 10:29

“AzərEnerji” Heydər Əliyevin 100 illiyi ilə bağlı silsilə aksiya keçirir – Video

Read more
Multimedia 16/03/2023 20:02

Özü həyatdadır, amma ölmüş kimi qeydiyyatdadır – Video

Read more
Multimedia 16/03/2023 12:14

GL şirkətinin Türkiyəyə göndərdiyi humanitar dəstək fəlakət bölgəsinə çatıb – VİDEO

Read more
Hadisə 16/03/2023 11:29

Bakıda şirkətə məxsus yaşayış binasının liftinin fəaliyyəti dayandırılıb – VİDEO

Read more
Multimedia 16/03/2023 11:20

Düz getdiyi yolda “Ford” çırpıldı, öldü… – Video

Read more
Hadisə 15/03/2023 11:55

Bakıda 11 evdən oğurluq etməkdə şübhəli bilinən qardaşlar tutulub – VİDEO

Read more
Multimedia 14/03/2023 23:41

Damyan Krneviç: “Makron başa düşməlidir ki, Bakı ilə İrəvan arasındakı sülh prosesində ona yer yoxdur” – VİDEO

Read more
Multimedia 14/03/2023 17:47

Bakıda qumbara tapıldı – Video

Read more
Hadisə 14/03/2023 15:53

Sabunçuda əl qumbarası aşkarlanıb – VİDEO

Read more
Hadisə 14/03/2023 11:57

Bakıda narkotiklərin satışı ilə məşğul olan qardaşlar saxlanılıb – VİDEO

Read more
Hadisə 14/03/2023 10:29

FHN-in Cənub Regional Mərkəzi praktiki gecə təlimi keçirib – VİDEO

Read more
Multimedia 14/03/2023 06:29

Heydər Əliyevin 21 il əvvəl Prezident təqaüdü verdiyi tələbə indi generaldır – Vdieo – VİDEO

Read more
Multimedia 13/03/2023 19:32

Qəbələdəki meşə yanğını söndürüldü – Video +

Read more
Multimedia 13/03/2023 17:30

Sudan qeyri-qanuni istifadə halları aşkarlandı – Video

Read more
Multimedia 13/03/2023 15:04

Samir Salam saxlanıldı – VİDEO

Read more
Hadisə 13/03/2023 11:14

Bakıda kuryerlərin mopedləri oğurlanıb – VİDEO

Read more
Multimedia 13/03/2023 10:53

Roluna görə 136 kq-lıq kostyum geyindi – İlk “Oskar”ını aldı – VİDEO

Read more
Multimedia 13/03/2023 09:53

“Kişiləri kişi edən həyat yoldaşlarıdır” – Pənah Hüseyn – VİDEO

Read more
Multimedia 12/03/2023 23:23

Vilayət Eyvazov: “Daxili Qoşunlar istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir” – VİDEO

Read more
Multimedia 12/03/2023 19:31

Qaz təchizatına müdaxilə hallarına qarşı tədbirlər görülüb – VİDEO

Read more
Multimedia 12/03/2023 13:20

Müdafiə Nazirliyi həftəlik icmalını təqdim edib – VİDEO

Read more
Hadisə 12/03/2023 10:50

Giləzidə hərbi sursat aşkar edilib – VİDEO

Read more
Multimedia 11/03/2023 13:50

Maştağanın əsas narkotacir şəbəkəsi tutuldu – Video

Read more
Multimedia 11/03/2023 12:38

Müdafiə Nazirliyi rus hərbçilərin Qarabağdakı qanunsuzluğunun görüntüsünü yaydı – VİDEO

Read more
Hadisə 11/03/2023 10:17

Qəbələ və Şəkidə qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılıb – VİDEO

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2023 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla