Ötən gün minaya düşərək şəhid olan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Cavadov Rəşad Fərzəli oğlu dəfn olunub.

Şəhid əsgərin cənazəsi doğulduğu Qusarın Hil kəndinə gətirilərək torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Cavadov Rəşad Prezident İlham Əliyevin sərəncamları ilə “Xocavəndin azad olunması” və “Füzulinin azad olunması” medalları ilə təltif edilmişdi.