Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq nünasibətlər və regionşünaslıq fakültəsinin almanşünaslıq üzrə tələbəsi Elvin Bayramov Vətən Müharibəsində şəhid olub.

Bu barədə “Report”a ADU-nun Mətbuat xidmətindən məlumat verilib.

Universitetin Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyevanın təşəbbüsü ilə Elvin Bayramovun xatirəsinə həsr olunan “Qısa ömrün əbədi dastanı” adlı kitab çap olunub.

Kitab Elvin Bayramovun müəllimlərinin, tələbələrin, şəhidin ailə üzvləri və dostlarının yazılarından ibarətdir.

Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva bildirib ki, onlayn təşkil olunan “dəyirmi masa”da kitabın təqdimatı keçirilib.

İstinadlar Report