Bu gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində şəhid olan hərbi qulluqçu Ayaz Nəzərovun ailəsində 7 il əvvəl daha bir faciə yaşanıbmış.

A. Nəzərovun bacısı, 1997-ci il təvəllüdlü Aytən Nəzərova 2015-ci ildə toyundan bir neçə gün sonra özünü dəmiryolu körpüsündən ataraq intihar edib. Belə ki, şəhidin bacısı əvvəlcə ailə qurmaq məqsədilə qaçırılıb. Toydan sonra yoxa çıxan Nəzərova isə ailədaxili münaqişə səbəbindən özünü körpüdən ataraq həyatına son qoyub. 

Qeyd edək ki, şəhidin bir bacısı olub. Şəhidin valideynləri isə illər əvvəl ayrılıb.

Faktı kəndin bələdiyyə sədri Zahid Tanrıverdiyev də saytımıza təsdiqləyib. 

İstinadlar Qafqazinfo