Dünən Türkiyədə “Pençe-Kilit” əməliyyatı bölgəsində aparılan axtarış və yoxlama fəaliyyəti zamanı şəhid olan çavuş Mehmet Əli Horozun vəsiyyəti gündəm olub.

Dostlarının şəhid olmasından 3 gün əvvəl lentə aldığı kadrlarda Mehmet Əli dostunun yuxusuna şəhid kimi girdiyini deyib.

Daha sonra silahdaşlarına üz tutaraq bunları danışıb:

“Şəhid olsam, sizdən bir Afrika ölkəsində su quyusu qazmağınızı xahiş edirəm. Allah hamımıza kömək olsun”.

Həmin təsirli görüntüləri təqdim edirik:

İstinadlar Qafqazinfo