Xətai rayonunda şəhid kapitan Həsənov Ceyhun Aydın oğlunun xatirəsi anılıb.

Anım günündə II Fəxri Xiyabanda şəhidin məzarı ziyarət olunub.

Şəhidin yaşadığı evin qarşısında xatirə lövhəsinin qarşında keçirilən tədbirdə Xətai Rayon İcra Hakimiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak ediblər.

Tədbirdə şəhidin xatirəsi anılıb, keçdiyi döyüş yolundan danışılıb, aparılan siyasətin şəhidlərimizə, Vətən müharibəsi qəhrəmanlarına, qazi və şəhid ailələrinə sonsuz ehtiramın nümunəsi olduğunu bildirilib.

İstinadlar Report