Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin snayper atəşi nəticəsində şəhid olan hərbi qulluqçumuz Əfqan Həmzəyevin dəfn mərasimi keçirilir.

Hazırda şəhid Ə.Həmzəyevin anadan olduğu Goranboy rayonunun Borsunlu kəndində vida mərasimi keçirilir.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Əfqan evin tək oğlu olub və bir il idi ki, hərbi xidmətdə imiş.

***

Hərbi qulluqçumuz Əfqan Həmzəyev dəfn olunub. 

Onun cənazəsi Goranboy rayon Borsunlu kənd qəbiristanlığında torpağa tapşırılıb. 


İstinadlar Qafqazinfo