2021-ci ildə Ermənistan ordusunun Kəlbəcər istiqamətində törətdiyi təxribat nəticəsində həlak olmuş şəhid Elçin Əliyevin atası vəfat edib.

Şəhidin atası Əliqardaş Əliyev yaşadığı Şirvan şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, 2002-ci il təvəllüdlü Elçin Əliyev dövlət sərhədi istiqamətində törədilən təxribat zamanı həlak olub və ölümündən sonra bir neçə medalla təltif edilib.


İstinadlar Qafqazinfo