Vətən müharibəsi şəhidi Nurağa Tağıyevin anası Yeganə Tağıyeva eksternat qaydada imtahan verərək Xaçmaz şəhər 4 nömrəli tam orta məktəbdən tam orta təhsil haqqında attestat alaraq məzun olub.

 Bu Quba-Xaçmaz Regional Təhsil İdarəsindən məlumat verilib.

Attestat şəhid anasına Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Qələmşah Dostuyev tərəfindən evində təqdim olunub.  

Yeganə Tağıyeva qəbul imtahanlarına hazırlaşaraq orta ixtisas təhsili almaq fikrində olduğunu bildirib.



İstinadlar Qafqazinfo