Övladlarının Qaradağ rayonunda kənar qəbiristanlıqda dəfn edilməsi ilə razılaşmayan bir qrup şəhid anası növbəti dəfə toplanıb.Problemlə əlaqədar şəhid anaları müdafiə nazirinin müavini, general- leytenant Kərim Vəliyevlə görüşmək istəyiblər.

Nazirlər Kabinetindən şəhid analarına bildirilib ki, nazir müavini onları qəbul edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı “Qafqazinfo”ya bildirib ki, şəhid anaları qəbul edilib və onların problemi dinlənilib.

İstinadlar Qafqazinfo