
Mayın 10-da “Referans Medical Group” və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən Səbail və Abşeron rayonlarında yaşayan şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər üçün ödənişsiz tibbi-sosial aksiya təşkil olunub.
Aksiya “Referans” Bayıl və Xırdalan Tibb Mərkəzlərində təşkil olunub.
Aksiyada “Referans”ın 20-dan çox yüksəkixtisaslı həkim və tibb personalı şəhid ailələrinin üzvləri və müharibə iştirakçılarına tibbi xidmət göstərib.
Kardioloq, terapevt, nevroloq, refleksoterapevt, ginekoloq, revmatoloq, oftalmoloq, pediatr, uroloq, dermatoloq, endokrinoloq, lor həkim mütəxəssislər tərəfindən müayinələr aparılıb.
Ümümilikdə gün ərzində aksiya iştirakçılarına 150-dən çox tibbi xidmət göstərilib. Həmçinin həkim təyinatlarına əsasən, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları digər xidmətlərdən də ödənişsiz şəkildə yararlanıblar.
Həkim və diaqnostik müayinələrinin nəticələrindən asılı olaraq aksiya iştirakçılarına müvafiq müalicələr yazılıb.
Qeyd edək ki, bu tipli analoji aksiyaların ölkəmizin digər rayonlarında da keçirilməsini planlaşdırılır.