Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası bu səhər Hava limanı-Mərdəkan yolunun Suraxanı dairəsində baş verən qəzada yaralanan şəxslər haqda məlumat yayıb. 

Stansiyasdan verilən məlumata görə, aeroport yolunda baş verən yol nəqliyyat hadisəsində saat 09:00 olan məlumata əsasən, 21 nəfər (11 kişi, 10 qadın) müxtəlif xəsarətlərlə xəstəxanaya (8-nəfər KTM, 13 nəfər – 3 saylı KŞX-ya) çatdırılıb. 

Qəza zamanı ölən şəxslərlə bağlı hələlik dəqiq məlumat yoxdur. Bu barədə ətraflı məlumat veriləcək.

Xatırladaq ki, ilkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb. 

İstinadlar Qafqazinfo