AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • ABŞ Ermənistan ordusunu siyasətə qarışmamağa çağırdı
  • Teledərslərin bu günə olan cədvəli
  • Əkrəm İmamoğludan Xocalı ilə bağlı paylaşım
  • Türkiyə səfirliyi Xocalı qurbanlarını andı
  • Xocalı soyqırımından 29 il ötür
  • Niderlandda “Xocalıya ədalət!” tələbli poçt markaları buraxıldı
  • Bakıda bina yanır
  • Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
  • Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə bağlı kompozisiya
  • Bakı və İrəvanın gizlətdiyi məqam – 10 noyabrda Bakıya tuşlanan raket haqda ətraflı
  • ABŞ Ermənistan ordusunu siyasətə qarışmamağa çağırdı
  • Türkiyə səfirliyi Xocalı qurbanlarını andı
  • Xocalı soyqırımından 29 il ötür
  • Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
  • Bakı və İrəvanın gizlətdiyi məqam – 10 noyabrda Bakıya tuşlanan raket haqda ətraflı
  • Fəxrəddin Qoca qazilərimizin səhhətindən danışdı
  • Avropa İttifaqından Ermənistanla bağlı açıqlama
  • Sarkisyandan Qasparyanın istefaya göndərilməsi tələbinə münasibət
  • Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
  • Britaniya Parlamentinin Azərbaycan Qrupunun ümumi illik iclası keçirilib
  • Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına – Rusiyadan reaksiya
  • Qarabağ münaqişəsində ümumiyyətlə ‘İsgəndər’ tətbiq olunmayıb – Rusiya MN
  • Paşinyan yenə Putinə zəng etdi
  • ABŞ səfirliyi Ermənistandakı siyasi düşərgələrə çağırış etdi
  • Putin Ermənistandakı vəziyyətlə bağlı mövqeyini ortaya qoydu
  • “İlham Əliyevin müharibədə intiqama şərait yaratmaması onun böyüklüyüdür” – Moldovalı politoloq
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Şəhərdə hərbi formada gəzənlərə qarşı reydlər başladı – Video
15/01/2021 11:42
Rusiya qırıcıları Yerevan səmasında uçuş edib – VİDEO
25/02/2021 15:47
“Həmin görüntülər Qubada çəkilməyib” – Video
25/02/2021 14:27
Paşinyanın tərəfdarları Respublika Meydanına toplaşır – Video
25/02/2021 14:12
Dünənki havada 25 yanğına çağırış olub – Video
25/02/2021 12:02
Keçmiş məhkum üzərində avtomatla saxlanıldı – VİDEO
25/02/2021 11:57
Los Ancelesdə Xocalı soyqrımına dair ingilis dilində film hazırlanıb – VİDEO
25/02/2021 10:02
CBC TV-nin avtomobili aşdı – Video
24/02/2021 20:27
ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi… – Video
24/02/2021 17:37
“Azərişığ”ın əməkdaşları qarlı havada iş başında – Video
24/02/2021 16:27
Bu gün evləri yanan məcburi köçkünlərə kirayə pulu veriləcək – VİDEO
24/02/2021 15:52
DİN səhərki qəza haqda məlumat yaydı – VİDEO
24/02/2021 15:27
Müharibədə düşmənə vurulan aviazərbələrin görüntüsü yayıldı – VİDEO
24/02/2021 13:07
Ermənistanda etirazçılar universitet binasına basqın etdi – VİDEO
24/02/2021 12:37
Xocavəndin Ağdam kəndindən videogörüntülər
24/02/2021 12:29
Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub – VİDEO
24/02/2021 11:30
Qaradağda 10 maşın toqquşdu, ölən var – Video
24/02/2021 10:22

Video xəbərlər

  • Rusiya qırıcıları Yerevan səmasında uçuş edib – VİDEO
  • “Həmin görüntülər Qubada çəkilməyib” – Video
  • Paşinyanın tərəfdarları Respublika Meydanına toplaşır – Video
  • Dünənki havada 25 yanğına çağırış olub – Video
  • Keçmiş məhkum üzərində avtomatla saxlanıldı – VİDEO

Sorğu

Azərbaycanda 2020-ci ilin adamı kim olsun?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

26/02/2021
01:57 ABŞ Ermənistan ordusunu siyasətə qarışmamağa çağırdı
01:39 Teledərslərin bu günə olan cədvəli
01:37 Əkrəm İmamoğludan Xocalı ilə bağlı paylaşım
00:52 Türkiyə səfirliyi Xocalı qurbanlarını andı
00:17 Xocalı soyqırımından 29 il ötür
00:04 Niderlandda “Xocalıya ədalət!” tələbli poçt markaları buraxıldı
00:02 Bakıda bina yanır
25/02/2021
23:47 Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
23:17 Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsi ilə bağlı kompozisiya
23:13 Bakı və İrəvanın gizlətdiyi məqam – 10 noyabrda Bakıya tuşlanan raket haqda ətraflı
22:42 Fəxrəddin Qoca qazilərimizin səhhətindən danışdı
22:25 Avropa İttifaqından Ermənistanla bağlı açıqlama
22:22 Göyçayda ev yandı, 87 yaşlı qadın öldü – Fotolar
22:12 Sarkisyandan Qasparyanın istefaya göndərilməsi tələbinə münasibət
22:06 Britaniya Nümayəndələr Palatasının veb-saytında Xocalı soyqırımı ilə bağlı bəyanat yerləşdirilib
21:44 Britaniya Parlamentinin Azərbaycan Qrupunun ümumi illik iclası keçirilib
21:37 Dünyada koronavirus qurbanlarının sayı 2,5 milyon nəfəri ötdü
21:07 Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına – Rusiyadan reaksiya
20:52 Bakıdan Kiyevə xüsusi uçuşlar başlayır
20:51 Qarabağ münaqişəsində ümumiyyətlə ‘İsgəndər’ tətbiq olunmayıb – Rusiya MN
20:27 Paşinyan yenə Putinə zəng etdi
20:21 Moldovada Xocalı faciəsi anıldı – FOTOLAR
20:19 Azad edilən ərazilərdə “ağıllı şəhərlər” və “ağıllı kəndlər” sisteminin yaradılmasına başlanılıb
20:17 ABŞ səfirliyi Ermənistandakı siyasi düşərgələrə çağırış etdi
20:13 Putin Ermənistandakı vəziyyətlə bağlı mövqeyini ortaya qoydu
20:03 “İlham Əliyevin müharibədə intiqama şərait yaratmaması onun böyüklüyüdür” – Moldovalı politoloq
19:49 ATƏT PA-nın iclasında Xocalı canilərinin cəzalandırılması tələb edilib
19:47 Ceyhun Bayramov Corc Diklə görüşdü
19:32 Rusiya və Ermənistan müdafiə nazirləri arasında telefon danışığı olub
19:22 Paşinyan müxalifəti danışıqlar masasına çağırdı
19:19 Ərdoğanın sözçüsü: “Ermənistanda vəziyyətin tezliklə normalaşmasını arzulayırıq”
19:17 Paşinyan: “Daha bir “məxməri inqilab” olmayacaq”
18:57 Ermənistan Baş Qərargahının rəisi daha 8 gün vəzifədə qala bilər
18:47 Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyi fondunun ilk eksponatları təqdim olunub
18:44 Ermənistanda etirazçılar parlamentə girişi bağlayır
18:27 ABŞ-ın ÜDM-i rekord səviyyədə azalıb
18:22 Pakistan hərbi nümayəndə heyəti Bakıdadır
18:12 “Dostluq” yatağı ilə bağlı İşçi Qrup yaradıldı
18:02 Aİ ölkələrində saxta koronavirus dərmanlarının miqdarı açıqlanıb
17:57 “The London Post”: Qlobal peyvənd paylanması ədalətli deyildi
17:47 Ermənistanın polis zabitləri də Paşinyanın istefası tələb edirlər
17:44 Müxalifət Paşinyanın konsultasiya çağırışlarına cavab verdi: Sən xainsən
17:42 Aİ-nin xüsusi nümayəndəsindən Ermənistandakı vəziyyətə münasibət
17:17 Paşinyan aksiyaları dayandırmağa çağırıb: “Müxalifətlə danışıqlar masasına otururuq”
17:12 “Onların ömrü uzun olmadı, amma adlarını şanlı tarixə yazdırdılar”
17:07 “Mən o vaxt ordumuzu dayandırmasaydım, başqa cür ola bilərdi”
17:07 Nikol Paşinyan əmrə tabe olmayan hərbçiləri hədələyib
17:02 Paşinyan prezident Sarkisyana: “Baş Qərargah rəisinin istefası sərəncamını imzalamalısan”
17:01 25 fevral tarixinə yoluxanların sayı məlum oldu
16:59 Oksigenlə zəngin hava şəraiti gözlənilir
16:57 “Bizə qarşı mütəşəkkil və güclü dairələr birləşmişdi”
16:52 “Bütün bu illəri müharibəyə hazırlaşırdıq, gizlətmirdik”
16:42 Sement istehsalçısı akkumulyator dünyasında inqilab hazırlayır
16:41 “Ermənistan ordusu yoxdur, bitib, qurtarıb” – Prezident
16:39 Sabah bu küçələr bağlı olacaq – Diqqət!
16:37 “Şəhid ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək”
16:34 Ermənistan prezidenti xalqa müraciət edib, amma Paşinyana dəstək verməyib
16:34 Sabah Bakıda 7 avtobusun yolu müvəqqəti dəyişdirilir
16:32 İlham Əliyevdən Ermənistan üzərindən Rusiyaya eyhamlar
16:29 İlham Əliyev: “Ermənistanda böhran hökm sürür, bir-birilərini ittiham edirlər, bir-birilərini didirlər”

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Şəhərdə hərbi formada gəzənlərə qarşı reydlər başladı – Video

Multimedia 15/01/2021 11:42
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Vətən müharibəsi dövründə səfərbərlik üzrə hərbi xidmətə çağırılmış və səfərbərlikdən tərxis edilmiş şəxslər, eləcə də bəzi vətəndaşların hərbi geyim formasını daşıma hüququna malik olmadığı halda bu geyimdən istifadə etməsi hallarının qarşısını almaq məqsədilə Müdafiə Nazirliyinin Hərbi polis bölmələri Bakı Qarnizonu və digər qarnizonlarda reydlər keçirir.

Bu haqda Müdafiə Nazirliyi məlumat yayıb:

“Bildiririk ki, bəzi vətəndaşlar tərəfindən hərbi geyim formasını daşıma hüququnun pozulması müvafiq qanunvericiliyə ziddir.

Qeyd edək ki, hərbi geyim formasının daşınması “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında” Əsasnamə və “Azərbaycan Respublikası Silahlı Qüvvələri hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 25 iyun tarixli Fərmanı ilə tənzimlənir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 534-cü maddəsinə əsasən hərbi geyim formasını qanunsuz daşımağa görə inzibati xətanın obyekti olmuş hərbi geyim forması müsadirə edilməklə 300 manatdan 500 manatadək cərimə edilir.

Oxumağa dəyər:   25 fevral tarixinə yoluxanların sayı məlum oldu

Hərbi geyim formasını daşımaq hüququ olmayan şəxsləri hərbi geyim formasından istifadə etməməyə çağırırıq”.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rusiya qırıcıları Yerevan səmasında uçuş edib – VİDEO

Multimedia 25/02/2021 15:47
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Rusiya Silahlı Qüvvələrinin qırıcıları Ermənistanın paytaxtı Yerevanın üzərində manevrlər ediblər.

Ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən etirazçılar bu hadisəni alqışla qarşılayıblar.

Hərbi təyyarənin paytaxt üzərində uçmasının səbəbi və məqsədi açıqlanmayıb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Həmin görüntülər Qubada çəkilməyib” – Video

Multimedia 25/02/2021 14:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Sosial şəbəkələrdə Quba rayonunda qar və buz bağlamış yolların hələ də köhnə texnika ilə təmizlənməsi ilə bağlı videogörüntülər yayılıb. Görüntülərdən aydın olur ki, yollar hələ də Sovet dövründə istehsal olunan köhnə “DT-75” traktorları vasitəsilə təmizlənir. Ötən gündən bəri həmin video müzakirələrə səbəb olub. Traktorun qar təmizləməkdən daha çox yolun asfalt-beton örtüyünə ziyan vurduğu qeyd olunub. 

“Qafqazinfo” həmin görüntülərlə bağlı Quba rayon İcra Hakimiyyətinin İctimai-siyasi humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədovla əlaqə saxlayıb.

O, həmin görüntülərin Quba rayonunda çəkilmədiyini bildirib: “Əvvəlcə əmin olmaq lazımdır ki, həmin görüntülər Qubada çəkilib, ya yox. Quba şəhərində şəhər təsərrüfatında yolların buzdan və qardan təmizlənməsi üçün kifayət qədər texnika var. Bu barədə ötən gün televiziyalarda süjetlər də göstərilib. Həmin süjetlərə baxıb Qubadakı müasir texnikalarla da tanış ola bilərsiniz. Həmin videoda göstərilən texnika bizim rayona aid deyil”.  

Oxumağa dəyər:   Pakistan hərbi nümayəndə heyəti Bakıdadır

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Paşinyanın tərəfdarları Respublika Meydanına toplaşır – Video

Multimedia 25/02/2021 14:12
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Vətəndaşları Respublika Meydanına çağıran Ermənistan hökumətinin başçısı Nikol Paşinyan tərəfdarlarına müraciət etməyi planlaşdırır.

Paşinyanın çağırışı ilə çoxlu sayda vətəndaş mitinqin keçiriləcəyi Ermənistan hökumətinin binasının yaxınlığındakı Respublika Meydanına toplaşıblar.

Kadrlarda İrəvanın mərkəzinə getdikcə daha çox insanın axışdığı əks olunur. Meydana polis qüvvələri də cəlb olunub.

Qeyd edək ki, daha əvvəl Ermənistan hökumətinin başçısı Nikol Paşinyan ölkədə hərbi çevriliş cəhdini elan edərək tərəfdarlarını Respublika Meydanına toplaşmağa çağırmışdı.

Daha sonra o, yerli vaxtla saat 16: 00-da çıxış edəcəyini açıqlayıb. Paşinyan mitinqdə vətəndaşların təhlükəsizliyinin təmin olunacağını bildirib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Dünənki havada 25 yanğına çağırış olub – Video

Multimedia 25/02/2021 12:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ötən gün qarlı havada Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında 25 yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. 

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. 

Ümumilikdə, ötən sutka ərzində 16 nəfər xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Keçmiş məhkum üzərində avtomatla saxlanıldı – VİDEO

Multimedia 25/02/2021 11:57
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakıda əvvəllər məhkum olunmuş şəxsdən “Kalaşnikov” aşkar edilib.

Əvvəllər dəfələrlə məhkum olunmuş Çingiz Quliyevin üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməsi barədə əməliyyat məlumatı daxil olub.

Həmin şəxs qısa zamanda Sabunçu rayonu ərazisində saxlanılıb. Onun üzərinə baxış keçirilərkən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, 2 ədəd sandıqça və 30 ədəd patron aşkar olunaraq götürülüb. Çingiz Quliyev silah-sursatın ona məxsus olduğunu, bir müddət əvvəl tapmasına baxmayaraq polis əməkdaşalarına təhvil vermədiyini bildirib.

Faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində Çingiz Quliyev barəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Los Ancelesdə Xocalı soyqrımına dair ingilis dilində film hazırlanıb – VİDEO

Multimedia 25/02/2021 10:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Son illərdə sosial şəbəkələrin sürətli inkişafını və təbliğat işində qısa və məzmunlu filmlərin effektivliyini nəzərə alaraq, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən Azərbaycana dair 2019-cu ildən başlayaraq, bir sıra mövzularda ingilis dilində 20 qısa film hazırlanaraq yayılıb. Xüsusilə, Baş Konsulluq tərəfindən Vətən Müharibəsi dövründə hazırlanan, Ermənistanın cinayətlərini göstərən qısa filmlər geniş yayılaraq böyük sayda izlənilmişdi. Bu səpkidə Baş Konsulluq tərəfindən hazırlanan sonuncu film Xocalı soyqırımına həsr olunub.

Konsulluqdan verilən məlumata görə, filmdə 26 fevral 1992-ci il tarixində Ermənistan qoşunlarının Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaq, qadın və qocalar da daxil olmaqla 613 dinc sakini qətlə yetirdiyi vurğulanır.

Videoda Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın Xocalı qətliamını etiraf edən müsahibəsindən sitat gətirilir. Həmin qətliamı törədənlərdən biri, Kaliforniyadan olan erməni terrorçu Monte Melkonyanın qardaşının yazdığı kitaba da istinad edilərək, erməni cəlladlarının qəddar əməlləri təqdim olunur.

Oxumağa dəyər:   İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal edərək, etnik təmizləmə apardığı və 800 min azərbaycanlını öz doğma yurdlarından didərgin saldığı qeyd olunur. BMT Təhlükəsizlik Şurasının (TŞ) 1993-cü ildə sözügedən işğalı pislədiyi qeyd olunaraq, həmin dövrdə TŞ-də sədrlik edən ABŞ-ın BMT-dəki daimi nümayəndəsi, sonradan ABŞ dövlət katibi olmuş Madlen Olbraytın TŞ-nin iclasında verdiyi bəyanatın video-yazısından çıxarış təqdim olunur. Qeyd edək ki, sözügedən video-yazı BMT arxivlərindən Baş Konsulluq tərəfindən üzə çıxarılaraq, hələ ötən ilin sentyabrında ayrıca yayılmışdı. Video-yazıda M.Olbrayt bütün TŞ adından çıxış edərək, işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərdən dərhal, qeyd-şərtsiz və tam şəkildə çıxarılmasını tələb etmişdi.

Sonra bu günədək 17 ölkənin və ABŞ-ın 20-dən çox ştatının Xocalı soyqırımını pislədiyi bildirilir.

2020-ci ildə Azərbaycanın işğal altında olan torpaqlarını azad etdiyi və öz ərazi bütövlüyünü bərpa etdiyi vurğulanır. Xocalıda olduğu kimi Vətən Müharibəsi dövründə də Ermənistanın dinc sakinləri hədəf aldığı və nəticədə uşaqlar da daxil olmaqla çoxlu sayda mülki azərbaycanlının qətlə yetirildiyi və yaralandığı diqqətə çatdırılır. Videoda həm Xocalı soyqırımını, həm də son müharibə cinayətlərini törədənlərin hələ də cəzasız qaldıqları qeyd olunur.

Oxumağa dəyər:   Paşinyan tərəfdarlarının qarşısına çıxdı: "Çevriliş cəhdinin qarşısı alınıb"

Film müvafiq ölkələrdəki Səfirliklərimiz tərəfindən alman, alban, ispan, çin, fars, türk, yunan və digər dillərə də tərcümə olunub. Film sosial şəbəkələrdə geniş şəkildə yayılmaqdadır.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

CBC TV-nin avtomobili aşdı – Video

Multimedia 24/02/2021 20:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

CBC TV-yə məxsus avtomobil aşıb.

Hadisə Tərtər-Bərdə avtomagistralı istiqamətində baş verib.

Qəzaya ölkə ərazisində hökm sürən qarlı və şaxtalı hava şəraiti nəticəsində yolların buz bağlaması səbəb olub.

Hadisə nəticəsində qəzaya uğrayan avtomobil aşıb. Avtoqəzada xəsarət alan olmasa da, avtomobilə ciddi ziyan dəyib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi… – Video

Multimedia 24/02/2021 17:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

ABŞ-ın Kaliforniya ştatının San Dieqo şəhərində fəaliyyət göstərən tanınmış jurnalist Raul Kontrerasın (Raoul Contreras) müəllifliyi ilə fevralın 23-də Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi yayımlanıb. Veriliş müəllifin “The Contreras Report: International Edition” müəllif proqramı çərçivəsində hazırlanıb.

Qeyd edək ki, R.Kontreras “Dağlarda qətl: Xocalıda hərbi cinayət və Dağlıq Qarabağ münaqişəsi” və “Erməni lobbisi və ABŞ-ın xarici siyasəti” kitablarının müəllifidir və onun indiyədək Azərbaycan haqda bir sıra nüfuzlu mətbu orqanlarında çoxsaylı məqalələri dərc olunub.

Sözügedən verilişdə müəllif 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Xocalı şəhərinə hücum edərək, uşaqlar və qadınlar da daxil olmaqla çoxlu sayda insanı qətlə yetirdiklərini vurğulayır. Müəllif həmçinin erməni cəlladlarının əsir götürdükləri azərbaycanlılara qarşı ağılasığmaz işgəncələr verdiklərini diqqətə çatdırır.

R.Kontreras Xocalı qırğınının soyqırımı olduğunu bildirir və bunu insanlığa qarşı törədilmiş cinayət adlandırır.

Müəllif Xocalı soyqırımı haqda qərb müəlliflərinin yazdığı kitablar haqda məlumat verir. O, həmçinin sözügedən soyqırımında iştirak etmiş Kaliforniyadan olan erməni terrorist Monte Melkonyanın qardaşının yazdığı kitabdan və Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın mövzu ilə bağlı müsahibəsindən sitatlar gətirərək, ermənilərin Xocalıda törətdikləri vəhşilikləri necə etiraf etdiklərini diqqətə çatdırır.

Oxumağa dəyər:   25 fevral tarixinə yoluxanların sayı məlum oldu

R.Kontreras Xocalı soyqırımını törədənlərin indiyədək cəzalandırılmadığını, onlardan bir çoxunun Ermənistanda milli qəhrəman səviyyəsinə qaldırıldığını və hökumətdə yüksək vəzifə tutduğunu vurğulayır.

Müəllif daha sonra Xocalı şahidlərinin öz dilindən Xocalıda törədilmiş vəhşiliklər haqda qısa video-sujet təqdim edir.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Azərişığ”ın əməkdaşları qarlı havada iş başında – Video

Multimedia 24/02/2021 16:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərişıq” ASC-nin əməkdaşları qarlı və şaxtalı havada əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün səfərbər olunublar. 

Ötən gündən bəri davam edən qar və çovğun səbəbindən qurum əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.

Gün ərzində buzlaşma və yüklənmə səbəbindən elektrik xətlərində baş verən qəzalar aşkar edilərək aradan qaldırılır.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu gün evləri yanan məcburi köçkünlərə kirayə pulu veriləcək – VİDEO

Multimedia 24/02/2021 15:52
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Bu gün Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 31/66 ünvanında yerləşən, keçmiş məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı yeddi mərtəbəli, 3 girişli inzibati binanın damında baş verən yanğın nəticəsində müvəqqəti məskunlaşma yerlərinə zərər dəymiş ailələr dövlət vəsaiti hesabına kirayə mənzillə təmin olunacaqlar. Az ziyan dəymiş 11 mənzil Dövlət Komitəsinin aidiyyəti şöbəsi tərəfindən təmir olunacaq”.

Bu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, yanğın barədə məlumat daxil olduqdan dərhal sonra Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri hadisə yerinə yollanıblar. İlkin araşdırma nəticəsində binanın damında yanar konstruksiyalardan primitiv qaydada inşa edilmiş 6 tikilinin əşyaları ilə birlikdə tamamilə yandığı müəyyən edilib. Yanğın nəticəsində, ümumilikdə 17 mənzilə ziyan dəyib.
 
Ağdam rayonundan məcburi köçkün, 1986-cı il təvəllüdlü Vəliyev Tural Qabil oğlu yüngül yanıq xəsarətləri alıb.
 
Komitədən bildirilib ki, yanğın baş verən tikililərdə təmir-bərpa işlərinin aparılmasının və zərərçəkmiş ailələrin yenidən, müvəqqəti olaraq, burada yerləşdirilməsinin mümkünlüyü sakinlərin nəzərinə çatdırılıb.
 
Qeyd edək ki, qeyd olunan binada bu gün yanğın hadisəsi baş verib və  Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Yanğın baş vermiş binada 277 ailə, yəni min nəfər müvəqqəti məskunlaşıb. Digər yaşayış sahələri yanğından mühafizə olunub.
Yanğının başvermə səbəbləri Fövqəladə Hallar Nazirliyi tərəfindən araşdırılır, dəymiş ziyan müəyyənləşdirilir. FHN-nin araşdırmasından sonra yekun rəy veriləcək, onun əsasında müvafiq hüquqi addımlar atılacaq.

Oxumağa dəyər:   Rəsmi Bakıdan Lüksemburqun XİN rəhbərinə cavab

Gülnar Əliyeva

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

DİN səhərki qəza haqda məlumat yaydı – VİDEO

Multimedia 24/02/2021 15:27
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş vermiş qəza barədə məlumat yayıb.

verilən məlumata görə, bu gün səhər saat 8 radələrində ağır yol-nəqliyyat hadisəsi baş verib: 

“Əsas səbəb yolların qarlı və buzlu olduğu bir vaxtda təcrübəsiz və diqqətsiz sürücülərin hava şəraitinə uyğun sürət həddini seçməmələri olub. 

Belə ki, Bakı-Qazax avtomobil yolunun 10-cu kilometrliyində, Qaradağ rayonu ərazisində 8 avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verən qəzada bir nəfər həlak olub, bir nəfər isə yaralanıb. Qəzadan sonra qeyd olunan ərazidə qısamüddətli tıxac yaransa da, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının və Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının operativ gördükləri tədbirlər nəticəsində yolda hərəkət tam bərpa edilib.  

Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma –  ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır, zəruri tədbirlər həyata keçirilir.          

Oxumağa dəyər:   İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd göstərən şəxslər saxlanılıb

Odur ki, bir daha nəqliyyat vasitələrinin sahiblərinə, sürücülərə müraciət edərək onları əlverişsiz havalarda nəqliyyat vasitəsindən az istifadə etməyə, sükan arxasında olarkən hava şəraitinə uyğun sürət həddini düzgün seçməyə və daha çox diqqətli olmağa çağırırıq”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müharibədə düşmənə vurulan aviazərbələrin görüntüsü yayıldı – VİDEO

Multimedia 24/02/2021 13:07
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Su-25 və döyüş helikopterləri ilə düşmənə vurulan aviazərbələri əks etdirən videogörüntülər yayıb.

Azərbaycan 24 həmin videonu təqdim edir:

InstagramdaInstagramda izlə
Telegram-da izlə

Ermənistanda etirazçılar universitet binasına basqın etdi – VİDEO

Multimedia 24/02/2021 12:37
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistanın paytaxtı Yerevanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən nümayişçilər universitet binasına basqın ediblər.

Onlar Yerevan Dövlət Universitetinin binasına daxil olublar.

Məlumata görə, aksiya iştirakçıları tələbələri etirazlara qoşulmağa çağırırlar.

Etirazçıların digər qismi isə Ermənistan Dövlət İqtisad Universitetinə daxil olmağa çalışsa da, polis onların qarşısını kəsib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xocavəndin Ağdam kəndindən videogörüntülər

Multimedia 24/02/2021 12:29
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Müdafiə Nazirliyi Xocavənd rayonunun Ağdam kəndinin videogörüntülərini yayımlayıb.

“Report” həmin görüntüləri təqdim edir:

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub – VİDEO

Multimedia 24/02/2021 11:30
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

İsmayıllı rayonunda Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub.

Şəhərin mərkəzi küçəsində təşkil edilən fləşmobda Xocalı soyqırımının dəhşətləri, qarlı-şaxtalı havada insanlığa qarşı törədilən cinayətin motivləri yer alıb.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Xocalı şəhərinə hücum edərək məqsədyönlü şəkildə qocalar, uşaqlar, hamilə qadınlar da daxil olmaqla, 613 nəfər mülki əhalini xüsusi qəddarlıq və amansızlıqla qətlə yetiriblər. Xocalı şəhəri ağır hərbi texnikadan şiddətli atəşlər nəticəsində yerlə yeksan edilib, əhalinin 150 nəfəri itkin düşüb, 1 275 nəfər əsir götürülərək ağır işgəncələrə məruz qalıb, vəhşicəsinə qətlə yetirilən dinc sakinlərin meyitlərinin üzərində ağlasığmaz həqarətlər edilib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Qaradağda 10 maşın toqquşdu, ölən var – Video

Multimedia 24/02/2021 10:22
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakı-Qazax yolunda zəncirvari qəza nəticəsində bir nəfər vəfat edib.

Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü, polis mayoru Namidan Piriyev bildirib ki, səhər saatlarında həmin yolun Qaradağ rayonu ərazisindən keçən hissəsində yük maşını (TIR) idarəetməni itirərək aşıb və yolun kənarına düşüb: “Qəza zamanı bir neçə avtomobil də yük maşını ilə toqquşub.

Ümumilikdə, 10 avtomobilin iştirakı ilə qəza baş verib. İlkin məlumata görə, bir nəfər vəfat edib. Hazırda Bakı-Qazax yolunda avtomobillərin hərəkətində heç bir çətinlik yoxdur, yol açıqdır”.

Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparır.

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 25/02/2021 15:47

Rusiya qırıcıları Yerevan səmasında uçuş edib – VİDEO

Read more
Multimedia 25/02/2021 14:27

“Həmin görüntülər Qubada çəkilməyib” – Video

Read more
Multimedia 25/02/2021 14:12

Paşinyanın tərəfdarları Respublika Meydanına toplaşır – Video

Read more
Multimedia 25/02/2021 12:02

Dünənki havada 25 yanğına çağırış olub – Video

Read more
Multimedia 25/02/2021 11:57

Keçmiş məhkum üzərində avtomatla saxlanıldı – VİDEO

Read more
Multimedia 25/02/2021 10:02

Los Ancelesdə Xocalı soyqrımına dair ingilis dilində film hazırlanıb – VİDEO

Read more
Multimedia 24/02/2021 20:27

CBC TV-nin avtomobili aşdı – Video

Read more
Multimedia 24/02/2021 17:37

ABŞ-da Xocalı soyqırımına həsr olunmuş televiziya verilişi… – Video

Read more
Multimedia 24/02/2021 16:27

“Azərişığ”ın əməkdaşları qarlı havada iş başında – Video

Read more
Multimedia 24/02/2021 15:52

Bu gün evləri yanan məcburi köçkünlərə kirayə pulu veriləcək – VİDEO

Read more
Multimedia 24/02/2021 15:27

DİN səhərki qəza haqda məlumat yaydı – VİDEO

Read more
Multimedia 24/02/2021 13:07

Müharibədə düşmənə vurulan aviazərbələrin görüntüsü yayıldı – VİDEO

Read more
Multimedia 24/02/2021 12:37

Ermənistanda etirazçılar universitet binasına basqın etdi – VİDEO

Read more
Multimedia 24/02/2021 12:29

Xocavəndin Ağdam kəndindən videogörüntülər

Read more
Multimedia 24/02/2021 11:30

Xocalı soyqırımının 29-cı il dönümü ilə bağlı fləşmob təşkil olunub – VİDEO

Read more
Multimedia 24/02/2021 10:22

Qaradağda 10 maşın toqquşdu, ölən var – Video

Read more
Multimedia 24/02/2021 01:12

Bakıya yağan qar qəzalara səbəb oldu – Video

Read more
Multimedia 23/02/2021 23:22

Bakıda yaşayış evi yanır – Video

Read more
Multimedia 23/02/2021 18:44

Qubadlının Hal kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 23/02/2021 17:32

Ankaradan Bakıya külli miqdarda brilliant qaşlar keçirmək istədi – Video

Read more
Multimedia 23/02/2021 12:33

Azərbaycan Ordusu təlim keçir – VİDEO

Read more
Multimedia 23/02/2021 11:57

“Mədəniyyət Nazirliyi atamı hara layiq bilsə, orada dəfn ediləcək” – Video

Read more
Multimedia 23/02/2021 11:42

Nazirlik Ağdamın Sırxavənd kəndindən video yaydı

Read more
Multimedia 23/02/2021 10:07

Ağdamın Sırxavənd kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 22/02/2021 12:57

İnkassator avtomobilindən milyonlarla avro aparıldı – VİDEO

Read more
Multimedia 22/02/2021 12:27

Abşeronda quldurluqda şübhəli bilinənlər saxlanıldı – Video

Read more
Multimedia 22/02/2021 11:40

Qubadlının Çaytumas kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 21/02/2021 21:12

İntihar edən Sevilin atası danışdı – Video

Read more
Multimedia 21/02/2021 18:27

Nigeriyada hərbi təyyarə qəzası nəticəsində 7 nəfər həlak olub – VİDEO

Read more
Multimedia 21/02/2021 17:27

Tayvanda 20 avtomobil toqquşub, ölənlər və yaralılar var – VİDEO

Read more
Multimedia 21/02/2021 11:32

Zəngilanın İkinci Alıbəyli kəndindən videogörüntülər – VİDEO

Read more
Multimedia 20/02/2021 14:02

Kadırov Dubayda Burak Özdemirin restoranında olub – Video

Read more
Multimedia 20/02/2021 13:17

Bakıda narkotik alverçilərinə qarşı əməliyyat – Video

Read more
Multimedia 20/02/2021 13:07

Qubadlının Həmzəli kəndindən görüntülər – VİDEO

Read more
Multimedia 20/02/2021 12:02

General NATO-nun medalını şəhid zabitin oğluna təqdim etdi – Video

Read more
Multimedia 19/02/2021 23:42

Bu kənddə şagirdlər məktəbə getmək üçün çayın içindən keçir – Video

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2021 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla