Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 44-cü Sessiyasında nümayəndə heyətinin üzvü, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev konqresin növbəti plenar iclasında çıxış edib.

Çıxışında Təmraz Tağıyev şəhər və yaşayış məntəqələrinin dayanıqlı inkişaf məqsədlərinin müzakirəyə çıxarılmasını təqdriəlayiq hal hesab edərək, dünya şəhərlərinin terrorla və təbiət hadisələrin yaratdığı fəsadlarla üz-üzə qalmaması üçün birlikdə bu hallara qarşı mübarizə aparmağın vacib olduğunu bildirib:

“Bu gün qardaş Türkiyədə baş vermiş zəlzələ nəticəsində onlarca şəhər və yaşayış məntəqəsi dağılıb, minlərcə insan dünyasını dəyişmiş, on minlərlə insan evsiz-eşiksiz qalıb.

Bu gün hər bir ölkə Türkiyəyə öz dəstəyini göstərməkdədir. Lakin gələcəkdə baş verə biləcək hər bir hadisəyə hazır olmalı və qarşının alınması üçün birgə çalışmalıyıq”.


İstinadlar Qafqazinfo