Azərbaycanın Türkiyədəki səfirliyi və səfirlik nəzdində Hərbi Attaşelik Aparatının əməkdaşları İkitərəfli razılaşmalara əsasən Türkiyədə müalicə alan müharibə iştirakçılarını, Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularını və onların ailə üzvlərini Novruz bayramı münasibətilə ziyarət edib.
Bu barədə Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib.
Görüş zamanı səfirlik əməkdaşları vətəndaşlarımızın müalicələrinin gedişi və qayğıları ilə maraqlanaraq, qaldırılan məsələlərin həll edilməsi istiqamətində müvafiq addımlar atılacağını vurğulayıblar. Ziyarət zamanı müalicə mərkəzlərinin rəhbər və tibb heyəti ilə də görüşülüb, vətəndaşlarımızın vəziyyətinə dair fikir mübadiləsi keçirilib.
Ziyarətin sonunda vətəndaşlarımıza Novruz sovqatları verilib və xatirə şəkili çəkilib.