Azərbaycanla Ermənistan arasında sülh sazişi imzalana və Zəngəzur dəhlizi açılarsa, Çindən Londona qədər Türk dünyasının Orta dəhlizlə bağlı imkanları son dərəcə inkişaf edəcək.

Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün “Anadolu” agentliyinə müsahibəsində deyib.

O, rəsmi Ankaranın prosesə dəstək verdiyini bildirib.

Diplomat söyləyib ki, Azərbaycanla Türkiyə arasında əlaqələr daha da inkişaf etməlidir: “Bu gün ticarət həcmimiz altı milyard yarım dollardır. Hədəf 15 milyard dollardır. Bu, xəyal deyil. İnteqrasiya sürətlənərsə, qarşıdakı 3-5 il içində bu hədəfimizə çata bilərik”.

B.Akgün Türkiyə ilə Azərbaycan arasında “bir millət, iki dövlət” anlayışı ilə formalaşan əlaqələrin kritik dövrlərdə konkret nəticələrə səbəb olduğunu vurğulayıb. “İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdə Azərbaycanın əzmi, Türkiyənin güclü mənəvi və siyasi dəstəyini mühüm rol oynadı”.

İstinadlar Report