“Ukrayna köməyə görə Azərbaycana minnətdardır”.

Bunu Ukraynanın ölkəmizdəki səfiri Vladislav Kanevski Ukraynaya növbəti humanitar yardım partiyasının göndərilməsinə münasibət bildirərkən deyib.

Diplomatın sözlərinə görə, Kaxovka su elektrik stansiyasının (SES) partladılması nəticəsində Ukraynanın bir sıra şəhər və qəsəbələri su altında qalıb və bu gün orada xilasetmə işləri aparılır: “Sizin köməyinizi bir daha hiss etdiyimiz üçün Azərbaycana çox minnətdarıq”.

O, bu gün Bakıdan göndərilən humanitar yardımın təbii fəlakət zonasına çatdırılacağını qeyd edib.

Bundan başqa, Azərbaycan xilasetmə işlərində istifadə olunacaq 20 ton yanacaq da verib.

İstinadlar Report