“Azərbaycanda səfir təyin olunmağım mənim üçün böyük şərəfdir. Bu gün Sizinlə görüşməkdən məmnunluq duyuram. Əcdadlarımızın dost, qardaş kimi yanbayan yaşamalarını nəzərə alaraq, bizim münasibətləri çoxəsrlik münasibətlər kimi qiymətləndirmək olar. Türkmənistan öz qonşuları ilə yaxşı münasibətləri xüsusi qiymətləndirir və qardaş Azərbaycanla münasibətlərə xüsusi diqqət yetirir”.

Bu sözləri Türkmənistanın ölkəmizdə yeni təyin olunmuş səfiri Qurbanməmmet Elyasov Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə deyib.