“Türkiyə tərəfi işlənmiş paltarların ölkəyə girişinə qadağa qoyub. Buna səbəb müxtəlif növ xəstəliklərin yayılmasının qarşısını almaqdır”.

Bu fikirləri Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov deyib.

“Azərbaycandan göndərilən humanitar yardımları Türkiyə tərəfinə yönləndiririk və onlar özləri müəyyən edir ki, hansı bölgədə nəyə ehtiyac var. Ehtiyac olmayan yerə tibbi və digər ləvazimatların göndərilməsinin mənası yoxdur. Ümumiləşdirilmiş anbarlar var və orada bütün məhsullar çeşidlənilir”, – səfir bildirib.

“Hazırda ən çox ehtiyac məhz xilasedicilərədir. Türkiyə tərəfi işlənmiş paltarların ölkəyə girişinə qadağa qoyub. Buna səbəb müxtəlif növ xəstəliklərin yayılmasının qarşısını almaqdır. Ona görə də ancaq təzə geyimlər qəbul olunur. AFAD xilasediciləri ehtiyac bölgəsinə uyğun şəkildə göndərirr”.:

İstinadlar Report