
Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “TRT Avaz” telekanalının yeni baş koordinatoru ilə görüşüb.
Bu barədə “TRT Avaz” məlumat yayıb.
Bildirilib ki, nəzakət ziyarəti çətçivəsində səfir Rəşad Məmmədov Kılıçkayaya yeni vəzifəsi münasibətilə təbriklərini, arzularını çatdırıb. O, “TRT Avaz”ın ortaq tarixi və mədəni dəyərləri paylaşan türk dünyası ilə bağlı fəaliyyətindən məmnunluğunu ifadə edib.