
Rusiya və İran ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 18-ci iclasında 20 il müddətinə yol xəritəsi hazırlayacaq.
Bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
“Bu görüşdə iki ölkənin ekspertləri ixtisaslaşmış işçi qrupları çərçivəsində ölkələr arasında əlaqələrin inkişaf etdirilməsi yollarını nəzərdən keçirəcək və mövcud maneələri aradan qaldıraraq Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi çərçivəsində arzu olunan gələcək tərəfdaşlıq əlaqələrinə nail olmaq üçün 20 illik yol xəritəsini hazırlayacaqlar”, – o yazıb.