Çin Azərbaycanı suverenlik, ərazi bütövlüyü, həmçinin təhlükəsizliyinin müdafiəsi məsələsində qətiyyətlə dəstəkləməyə davam edəcək.

Bunu Çinin Azərbaycandakı səfiri Lu Mey bəyan edib.

O, həmçinin vurğulayıb ki, Prezident İlham Əliyev “Azərbaycanın Çin hökumətinin Tayvanla ölkənin birləşməsinin həyata keçirilməsi üçün bütün səylərini qətiyyətlə dəstəklədiyini” bir daha təsdiqləyib.

Diplomat qeyd edib ki, Azərbaycan Prezidentinin Çinə səfəri iqtisadiyyat, ticarət, nəqliyyat, aerokosmik sənaye, elm və texnologiya, mədəniyyət və yerli özünüidarəetmə sahələrində 20 sənədin imzalanması ilə əlamətdar olub.