“Meksika qadınların ölkənin siyasi həyatında rolunun və iştirakının artırılmasını vacib hesab edir”.
Bunu Meksikanın Azərbaycandakı səfiri Mariya Viktoriya Romero noyabrın 20-də Qoşulmama Hərəkatının ailə, qadın komitələrinin Bakıda keçirilən “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda konfransında çıxışı zamanı deyib.
Diplomat qadınların hüquqlarının müdafiəsi sahəsində belə mühüm tədbirin təşkilinə görə Azərbaycan hökumətinə minnətdarlığını bildirib.