Kəlbəcər rayonundakı “Yuxarı Vəng” Su Elektrik Stansiyasında (SES) Rumıniya istehsalı olan turbinlərdən istifadə edilməsi məni təsirləndirdi.
Bunu “Report”a açıqlamasında Rumıniyanın Azərbaycandakı səfiri Vasile Soare Kəlbəcər rayonuna səfəri zamanı deyib.
Səfir qeyd edib ki, Azərbaycanın Kəlbəcər rayonu təbii gözəlliyi ilə heyran edir. Burada aparılan tikinti-bərpa işlərinin səviyyəsi də təqdirəlayiqdir.