
İtaliya-Azərbaycan Universiteti ölkələr arasında dostluğun təzahürüdür.
Bunu İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində yeni ixtisasların açılış mərasimində bildirib.
Diplomat qeyd edib ki, layihə sürətlə və səmərəli şəkildə həyata keçirilir.