“Azərbaycan və Ermənistanın ictimaiyyət nümayəndələri arasında görüş iki ölkə arasında münasibətlərin qaydaya salınması prosesini başlatmaq üçün dəstəklənib”.

Bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında bildirib.

“Ötən ilin dekabr ayında iki ölkənin ictimaiyyət nümayəndələrini bir araya gətirmək mümkün oldu. Dəqiq tarix məlum olmasa da, 2022-ci ildə əlaqələrin davam etdirilməsi müzakirə olunub. Bu, çətin prosesdir, amma ona start verilib”, – səfir deyib.

Onun sözlərinə görə, üçtərəfli işçi qrupunun fəaliyyəti ictimaiyyətə müsbət təsir göstərəcək.

İstinadlar Report