Fransanın Azərbaycandakı səfiri Zaxari Qross Fransa Senatı tərəfindən qondarma Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyi haqqında qərar layihəsinin qəbul edilməsinə münasibət bildirib.

Diplomat Fransa hökumətinin naziri Jan-Batist Lemuanın çıxışına diqqət yetirməyin vacibliyini deyib.

“Aydın olsun deyə, bir daha təkrar edim. Axşam Fransa Senatında çıxış edən Fransa hökumətinin naziri bunları dedi: “Fransa hökumətinin siyasəti birtərəfli qaydada “Dağlıq Qarabağ Respublikası”nı tanımaq deyil. Bu addım nə faydalı, nə də effektiv olacaq. Dağlıq Qarabağdakı münaqişənin həlli Fransanın birtərəfli jesti sayəsində deyil, tərəflər arasındakı dialoq sayəsində reallaşacaq”, – səfir tvitter səhifəsində yazıb.

İstinadlar Report