
“Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarıdır”.
Bunu Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye deyib.
“Fransanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi məlumdur, bunu dəfələrlə səsləndirmişik. Fransa Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, danışıqlarla həllinə tərəfdardır. Fransa münaqişə tərəflərini növbəti zorakılıqdan çəkindirəcək istənilən vasitəni dəstəkləyir” – səfir bildirib.