“Qazaxıstanla Azərbaycan arasında münasibətlərin dinamikası çox yaxşıdır. Ölkələr siyasi, ticarət-iqtisadi, nəqliyyat-logistika, müdafiə sahələrində əməkdaşlıq edir. Eyni zamanda, iki xalq arasında mədəni-humanitar əlaqələr də xüsusi yer tutur”.

Bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel jurnalistlərə açıqlamasında deyib.

Səfirin sözlərinə görə, Qazaxıstanın Mədəniyyət Günləri Azərbaycanda yüksək səviyyədə keçirilir.

“Bu gün yekun qala-konsertdə Milli Məclisin sədri, nazirlər, Qafqaz Müsəlmanları İdarəsinin rəisi, diplomatlar, ictimaiyyət və mədəniyyət xadimləri iştirak edəcəklər”, – səfir qeyd edib.

İstinadlar Report