Türkiyə və Azərbaycan iki ölkənin beynəlxalq arenada nüfuzunu müdafiə, enerji və digitallaşma sahələrində birgə əməkdaşlıqla daha da artıracaq.
Bunu Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün Xəzər Universitetində “Texnogologiya Geosiyasəti” mövzusunda keçirilən akademik seminarda deyib.
O qeyd edib ki, Türkiyənin müdafiə sənayesində yerli istehsalı genişləndirməsi ölkəyə yeni fürsət pəncərəsi açıb:
“Bunlar digər ölkələrlə əməkdaşlığa böyük təsir göstərir. Bu kontekstdə Türkiyə-Azərbaycan əməkdaşlığı strateji səviyyəyə çatdırılıb. Azərbayca və Türkiyə müdafiə sənayesində daha güclü əməkdaşlıq təsis etməyə çalışır.