Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti 20 Yanvar faciəsinin 35-ci ildönümü ilə Şəhidlər Xiyabanını ziyarət edib.

Bu barədə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin sosial şəbəkə hesabında yazılıb.

“Bu matəm günündə Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko, təşkilata üzv ölkələrin səfirləri ilə birlikdə 1990-cı ilin Yanvar hadisələri qurbanlarının xatirəsini hüznlə yad etmək üçün Bakıda Şəhidlər Xiyabanına gül dəstələri düzüblər”, – paylaşımda bildirilib.

İstinadlar Report