ABŞ-ın yeni silah yardımı artıq aprel ayında Ukraynaya çatdırıla bilər.
Bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova “European Pravda”ya müsahibəsində deyib.
O, ilk yardımın artıq aprel ayında Ukraynaya çatdırıla biləcəyini istisna etməyib:
“Ukraynaya silah yardımı göstərilməsinə dair qanun dərhal qüvvəyə minir. Fikrimcə, qanun çox qısa müddətdə icra olunacaq”.