“ABŞ Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda sülh danışıqları üzrə vasitəçi kimi iştirak etməyə hazırdır”.

Bunu ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi “Armenpress”ə müsahibəsində bildirib.

Diplomat Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında aprelin 6-da Brüsseldə sülh danışıqları və sərhədlərin delimitasiyası üzrə ikitərəfli komissiyanın yaradılması ilə bağlı keçirilən görüşü alqışlayıb: “ABŞ Cənub Qafqazda sülh, demokratiya və rifahın çiçəklənməsinə sadiqdir. Dövlət katibi Antoni Blinkenin aprelin 5-də iki dövlətin lideri ilə telefon danışığı zamanı dediyi kimi, biz Azərbaycanla Ermənistan arasında sülh dialoqunun davam etdirilməsinə çağırırıq”.