
Mərkəzi Seçki Komissiyası sədrinin müavini Rövzət Qasımov seçkini müşahidə etmək üçün Avropa Şurasına dəvət göndərilib-göndərilməməsi məsələsindən danışıb.
Sədr müavini bu barədə jurnalistlərə açıqlama verib.
O bildirib ki, yaxın vaxtlarda dəvət göndərilən təşkilatların adları açıqlanacaq: “Azərbaycanda seçkini müşahidə etmək üçün xarici müşahidəçilərə 3 qurum dəvət göndərir. Artıq 26 qurum seçkini müşahidə etmək üçün ölkəyə dəvət olunub”.
Gülnar Əliyeva