99 saylı seçki dairəsindən namizədliyi qeydə alınmış Zeynalov Tural barədə Mərkəzi Seçki Komissiyasının “Qaynar Xətt” nə müraciət edilib.

Bu barədə MSK sədrinin müavini Rövzət Qasımov məlumat yayıb. O qeyd edib ki, namizəd barəsində xoşagəlməyən hallar barədə bizə məlumat verilib:” Onun Seçki Məcəlləsinin tələbini pozması, seçicilərə ərzaq paylaması barədə və.s “Qaynar Xətt”ə müraciət edilib.

Namizəd özü də internet səhifəsində bununla bağlı videomüraciət ünvanlayıb və bildirib ki, 71 aztəminatlı ailəyə ərzaq paylayacaq. Onun bu cür halları hələ də davam edir. Hələlik bu məsələni hüquqi müstəviyə qaldırmırıq. Hesab edirik ki, namizədlər bir- birinə ədalətli mövqe sərgiləməlidir. Öz platformalarıyla seçicilərin səsini qazanmalıdırlar”.

MSK sədri Məzahir Pənahov bildirib ki, bu namizədlə bağlı məsələni araşdırılsın və ona xəbərdarlıq edilsin.

İstinadlar Qafqazinfo