
Azərbaycanın azad olunmuş ərazilərində görülən bərpa işlərində böyük irəliləyiş var.
Bunu “Report”a Avropa Parlamentinin sabiq üzvü Səccad Kərim bildirib.
“Azad olunmuş torpaqlara ikinci səfərimdir. Birincisi, 8 ay bundan əvvəl Füzuliyə olub, o zaman işlər yeni başlayırdı. Bu gün həmin işlərdə nə qədər böyük irəliləyişə nail olunduğunu, təhlükəsizliklə bağlı da vəziyyətin nə dərəcədə dəyişdiyini aydın görürəm. İnanıram ki, Azərbaycanın bu bölgəsinin daha da inkişaf edəcəyini yaxın zamanda görəcəyik”, – S.Kərim Böyük Britaniyanın da bu məsələdə Azərbaycana kömək ola biləcəyini deyib.