
Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” OPEC+ nazirlərinin iyunun 4-də keçirilən 35-ci iclasından sonra Asiya, ABŞ və Avropadakı alıcılar üçün neftin qiymətini qaldırıb.
“Arab Light” markalı neftin qiyməti 0,45 dollar/barel artaraq Oman/Dubay etalonunun qiymətindən 2,55 ABŞ dolları yüksək olacaq. Şirkət, həmçinin Asiya bazarına çıxardığı neftin bütün növləri üzrə qiymətləri eyni məbləğdə artırıb.