Yerevanın keçmiş meri, Ermənistanın İctimai xidmətin tənzimlənməsi üzrə komissiyanın sabiq başçısı Robert Nazaryan tutulub.

Bunu Ermənistan Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohacanyan bildirib.

Onun sözlərinə görə, keçmiş mer cinayət işlərindən biri çərçivəsində saxlanılıb: “Hadisə ilə bağlı ətraflı məlumat veriləcək”.

Ermənistan KİV-ləri bir müddət əvvəl Nazaryanın keçmiş prezident Serj Sarqsyana qarşı ifadə verməkdən imtina etmişdi. Sarqsyan iri məbləğdə dövlət əmlakını mənimsəməkdə ittiham olunur.

İstinadlar Report