Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişel Gürcüstan siyasətçiləri görüşmək üçün bu gün Tbilisiyə gedəcək.

Bu barədə o, Gürcüstanda hakimiyyət və müxalifət nümayəndələri arasında siyasi böhrandan çıxmaq haqqında razılaşmanın imzalanması mərasimində onlayn iştirakı zamanı bildirib.

“Mən böyük məmnuniyyətlə elan edirəm ki, Gürcüstana gedəcəm və sizin hamınızla görüşəcəyəm. Biz Gürcüstanla Avropa İttifaqı arasında əlaqələri gücləndirmək üçün növbəti addımlarımızla bağlı məsələləri müzakirə edəcəyik”, – deyə Mişel çıxışında bildirib.

İstinadlar Qafqazinfo