Ermənistanın dördüncü prezidenti Armen Sarkisyanın oğlu Rusiyadakı “McDonald’s” restoranlar şəbəkəsini almaq istəyənlər arasında olub.

Rusiyada iyunun 12-də rebrendinqdən sonra “McDonald’s” fast food restoranlarının “Vkusno i Toçka” adlı şəbəkəsi açılıb. Sibirdə 25 “McDonald’s” restoranını idarə edən “Yujkuzbassuqol” şirkətinin keçmiş ortağı Aleksandr Qovor restoranlar şəbəkəsinin yeni sahibi olub.

Altı iddiaçıdan biri Ermənistanın eks-prezidenti Armen Sarkisyanın oğlu olub. Armen Sarkisyanın iki oğlundan – Vardan və Haykdan hansının müraciət edənlər arasında olduğu məlum deyil.